Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
21-09-2023 [00:18]
Qoç - İşlər o qədər də pis deyil. Yaşamdan şikayətlənməyə səbəb yoxdur. Diqqətə ehtiyac duyduğunuz üçün ekstravaqant addımlar atmayın. Sizi dinləyəcək, dərdinizdən hali olacaq insan tapacaqsınız.
Yaxın bildiyiniz insandan qayğınızı və şəfqətinizi əsirgəməyin. Qüvvə və enerjiniz çox olduğundan macəralar arayırsınız.
Günün ikinci yarısında əmlak və ya maliyyə məsələləri ilə məşğul olmaq məsləhət deyil. Bu barədə düşünməyə belə dəyməz. Təmkinli və soyuqqanlı davranın.
Buğa - Xüsusi önəm verdiyiniz işdə günün ilk yarısında uğur qazana bilərsiniz. Qətiyyətli və əhəmiyyətli saydığınız istiqamətdə addım atmağa hazır olun. Sədlərlə maneələri əzmlə dəf etsəniz, ciddi uğura nail olacaqsınız. Dostlar uğurlarınıza sevinəcəklər. Rəqiblər paxıllıq etsələr də, əllərindən heç nə gəlməyəcək.
Günün ikinci yarısında planlaşdırılmamış səfər ola bilər. Dəvət aldığınız tədbirə qatılın. Yeni tanışlıq baş tutacaq.
Əkizlər - Günün ilk yarısında emosional fon stabil deyil. Qüvvə toplayın, bir qədər nəfəs alın. Bu gün ağır və ciddi problemi həll etməli olduğunuzdan səylərinizi mənasız işlərə sərf etməyin. Maliyyə məsələlərində diqqətli olun. Yaxın ətrafınıza diqqətlə baxın. Sizi indiyədək dəfələrlə aldadan, vədlərinə xilaf çıxan insanlarla təmasları məhdudlaşdırın. Bəzi əlaqələri ümumiyyətlə kəsmək olar.
Günün ikinci yarısında rasionun sağlam olmasına fikir verin. Bəlli zərərli vərdişi tərgitməyə başlayın. Səhhətinizdə problemlər yaranmasına imkan verməyin.
Xərçəng - Günün ilk yarısında istənilən işə başlayanda aktiv olun. Belədə yaxın ətrafınızdakı şəxslərlə müqayisədə uğura daha tez nail olacaqsınız. Eksperimentlər etmək olar.
İmicinizə yeniliklər edə bilərsiniz. Asan və qeyri-adi nəsnələri ilk baxışdan bəyənsəniz də, sonradan çətin vədlə qarşılaşa bilərsiniz.
Günün ikinci yarısında ideyalarınız innovativ, praktik olsun. Əhvalınız pis deyil. Mənəvi dəstəyə, yardıma, diqqətə ehtiyacı olanlar sizə can atırlar. Onlara ürək-dirək verin. Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Şir - Asanlıqla məqsədə çatacağınızı və ya uğura nail olacağınızı düşünməyin. Qan-tər içində çalışmağa da lüzum yoxdur. Fəaliyyət istiqamətini müəyyənləşdirin, sərf ediləsi qüvvə, vaxt və səyləri dəqiqləşdirin.
Günün ikinci yarısında yeni tanışlığın romantik davamı ola bilər. Uzunmüddətli planlar qurmayın. İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Mövcud qarışıq situasiyanın batinini görməyə çalışın. Əks təqdirdə tələyə düşmək riski var.
Qız - Günün ilk yarısında emosional fon çox pisdir. Dəyər verdiyiniz insanlardan biri sizdə təəssüf hissi yarada bilər. Bədbinliyə qapılmayın və bilin ki, illüziyalardan qurtulmaq çox faydalı prosesdir. Yeni planları təhlil etməyə, təmaslar qurmağa başlayın.
Yaxın ətrafınızdakı insanlar sizin tərəfdədir. Zərurət yaranarsa, onlar sizə dəstək olacaqlar.
Günün ikinci yarısı mürəkkəb məsələlərin nəzərdən keçirilməsi və həlli üçün münasib zamandır. Dolaşıq, birmənalı olmayan məqamları diqqətlə araşdırın. Kiçik, lakin önəmli detallara fikir verin. Başqalarının görə bilmədikləri xırdalıqlara fikir verin.
Belə olarsa, kobud səhvlərə yol verməyəcəksiniz.
Tərəzi - Azad, yaradıcı fəaliyyət üçün əlverişli zamandır. İdeyalarınızın arasında ən praqmatik və praktiki təsir bağışlayanı seçərək onu həyata keçirməyə başlayın. Yaşamınızda nəyisə dəyişmək istəyirsinizsə, elə indi başlayın. İlk uğurlar və qələbələr özlərini çox gözlətməyəcəklər.
Peşəkar fəaliyyət və ya kommersiya məsələlərini qeyri-formal şəraitdə müzakirə etmək pis deyil.
Günün ikinci yarısı yarımçıq işlərin başa vurulması üçün münasib zamandır. Sentimentallığa varmayın. Emosiyalarınıza hakim olun.
Axşam saatlarını təkbaşına keçirə bilməsəniz, internetdə "dolaşmaq" olar.
Əqrəb - İndiyədək başlamağa cəsarət etmədiyiniz işə start vermək zamanıdır. Həmin işi necə yerinə yetirməyin yollarını müəyyənləşdirin. Nəyi nə zaman etmək gərəkdiyini intuisiya deyəcək. Bəzi planlardan imtina etsəniz, məqsədə doğru irəliləyişdə effektiv nəticələrə nail olacaqsınız. Gəlirlər istisna deyil. Köhnə borclardan birini qaytaracaqlar.
Günün ikinci yarısında emosional fon stabil olacaq. Kiçik anlaşılmazlıqlar və ixtilaflar istisna deyil. Profilaktiki prosedurlarda xeyir var. Səhhətinizin qeydinə qalın. Axşam saatlarında gəzintiyə çıxın.
Oxatan - Seçdiyiniz yolun dürüstlüyü və ya səhihliyinə şübhə etməyin. İndiyədək yaxşı, effektiv və real saydığınız planlar irreal təsir bağışlamasın. Məğlub əhval-ruhiyyədən qurtulun, ruhdan düşməyin.
Çətinlikləri çözmək üçün gərəkli variantı təcrübəli insanla müzakirələrdə arayın.
Günün ikinci yarısında müttəfiq və ya həmkarlar sizə yardım etməyə hazır olacaqlar. Yeni tanışlıq xoş ünsiyyət vəd edir. Romantik münasibətlər aramayın. Emosiyaların təsirinə düşərək absurd qərarlar qəbul etməyin.
Təmkinli və ağıllı olun.
Oğlaq - Uğurlu və əlverişli gündür. İstənilən problemlərin öhdəsindən asanlıqla gələ bilərsiniz. İşləri adi günlərlə müqayisədə daha sürətlə yerinə yetirirsiniz. Şəraiti dəyişmək, qısamüddətli olsa da, səfərə yollanmaq gərəkdir. Çoxdan bəri görmədiyiniz insanlarla görüşə bilərsiniz.
Ağır fiziki işlə, üzücü məşqlərlə məşğul olmayın.
Günün ikinci yarısında danışıqlar və müzakirələrdə diqqətli olun. Təcrübəli, bilikli insanın məsləhətləri ünsiyyətdəki problemin həllinə təkan verəcək. Yaradıcılığa marağı artırın.
Axşam saatlarında maraqlı tanışlıq olacaq.
Dolça - Günün ilk yarısında sizi sevindirəcək olaylar olacaq. Çox dəyər verdiyiniz insanlar barəsində xoş xəbər alacaqsınız. Enerjili və aktiv olsanız, başladığınız işi vaxtında başa vura biləcəksiniz. Son həftələrdə reallaşdırmağa çalışdığınız layihələrdən birini tamamlamaq zamanıdır.
Günün ikinci yarısı yaxın gələcəkdə həyata keçirmək istədiyiniz planların reallaşdırılması istiqamətində ilk addımlar üçün münasib zamandır.
Axşam saatlarına yaxın işgüzar aktivliyi bir qədər azaldın. Qüvvələrinizi bərpa edin. Yaxınlarınızla təmasları artırın. Birgə fəaliyyət də mümkündür.
Ağır fiziki işi unudun.
Balıqlar - Günün ilk yarısındakı çətinliklərin həllində aktiv olun. Problemləri təmkinli və soyuqqanlı şəkildə aradan qaldırın. Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdə münaqişələrin yaranmasına imkan verməyin. Fikir ayrılığı və ya ixtilaf olarsa, həftələrlə davam edəcək. Diplomat olun, kobud davranmayın.
Günün ikinci yarısında təşəbbsü diqqətli şəkildə nümayiş etdirin. Mövqeyinizi aqressiv şəkildə müdafiə etməyin. Əks halda ünvanınıza iradlar və tənqidlərdən yaxa qurtara bilməyəcəksiniz.
Maraqlı görüşlər və yeni tanışlıqlar istisna deyil. Belə təmaslara ilk əvvəl önəm verməsəniz də, onlar sonradan həyatınızda mühüm rol oynaya bilər.
Milli.Az
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR