"Fənərbağça"nın prezidenti komandasının oyununu daha stadiondan izləməyəcək

img

20-09-2023 [12:56]


"Fənərbağça" klubunun rəhbəri Ali Koç illərdir çempionluq həsrəti ilə "alışıb-yanır".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə "343 Digital"də jurnalist Devrim Zengi açıqlama verib.

O bildirib ki, klub prezidenti çempionluq qazanılana qədər bir daha komandasının oyunlarını canlı izləməyəcəyinə qərar verib: "O, bu barədə yaxın çevrəsinə danışıb və fikrinin qəti olduğunu deyib".

Xatırladaq ki "Fənərbaxça" sonuncu dəfə 2013-2014 mövsümündə Ərsun Yanalın rəhbərliyi altında Super Liqada çempion olub. 

Fərid

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR