"Şirvan Oil" şirkətində qəza: işçinin əl və ayaq barmaqları kəsildi, ancaq... - Komitə sədrindən xəbərdarlıq (Sənəd)

img

20-09-2023 [11:52]


"Xarici işəgötürənin ölkəmizin əmək qanunvericiliyini pozub. Cənab Aleksandr Alekseeviç Anoxin, qanunlarımıza hörmətlə yanaşın".

Mia.az xəbər verir ki, bu xəbərdarlığı Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial media hesabında paylaşıb.

O bildirib ki, "Şirvan OiL" Əməliyyat Şirkətində qazmaçı işləyən Şirvan şəhər sakini Mahmudov İlyas 07.04.2023-cü il tarixində 2 növbəli iş zamanı baş verən qəzada ağır xəsarətlər alıb: "Qəza zamanı İlyas Mahmudov sol əl və ayağından ciddi xəsarət alıb. Onun sol əlinin 2 və 3-cü barmaqları 1-ci buğundan, sol ayağının bütün barmaqları ambutasiya olunub. Ancaq İlyas Mahmudov 02 avqust 2023-cü il tarixində  22.06-31.07 .2023-cü il tarixli xəstəlik vərəqəsini iş yerinə təqdim etməsinə baxmayaraq, hələ də ödəniş olunmayıb. Niyə, cənab Anoxin?!".

Samir

MİAA.Z

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR