SƏNƏTİN SƏRKƏRDƏSİ və SİYASƏTİN PİYADASI (“Qısa qeydlər” silsiləsindən)
18-09-2023 [09:19]
Qalib ARİF
***
ABRAAM LİNKOLN... ABŞ-ın 16-cı Prezidenti... Amerikanın ərazi bütövlüyünü bərpa edən, Şimalla Cənub ştatlarını birləşdirən, ölkəsində müasir, demokratik idarəçilik sistemi quran əfsanəvi şəxsiyyət. Bütün həyatını xalqına həsr edən, ömrü boyu bir qəpik haram pula əyilməyən, sonda namərd gülləsinə tuş gələn Böyük insan...
Bu ad çox adama çox söz deyir, gözlərimizin önünə hündür boylu, dənizçi saqqallı, filosof baxışlı orijinal bir adam gəlir. Onun kəlamları, məktubları, xalqa müraciətləri indi də bir çox siyasətçilərin, mütəxəssislərin stolüstü vəsaitidir. Hamı öyrənmək istəyir, bu qədər nəhəng olmağın, eyni zamanda bu qədər sadə qalmağın sirrini bilmək istəyir. Mən də istəyirəm, istəyirəm ki, bir ipucu verəm...
Deyirlər, Linkolnun bir gənclik dostu, tələbəlik yoldaşı olub. Prezidentin təkidli tələblərinə baxmayaraq, heç vaxt hökumət işinə gəlməyib, ömrü boyu vəkil işləyib. Amma Böyük adam işi çətinə düşəndə, məsləhət istəyəndə, həmişə dostunu Ağ evə dəvət edib, onunla məsləhətləşib. Sonralar vəkil bu görüşləri belə xatırlayırdı: “Abraam məni dəvət edirdi, problemi deyirdi. Mən qulaq asırdım... Sonra özü danışırdı, müzakirələr aparırdı, mən qulaq asırdım... Sonda öz fikrini deyirdi, müstəqil qərar qəbul edirdi. Mən razılaşırdım...”
Vəkil xatirələrinin birində deyir: “Bir dəfə də Prezident məni yenə Ağ evə dəvət etmişdi, axşamdan xeyli keçmişdi. Qəbul otağında dövrün məşhur aktyorlarından birini gördüm, əvvəlcədən tanışlığımız vardı. Mehriban görüşdük, hal-əhvallaşdıq. Məndən qəbul otağında gözlədiyini çatdırmağı xahiş etdi. Prezident məni görən kimi soruşdu ki, Qəbul otağında kim var? Cavab verdim, Abraam başını əllərinin arasına aldı. Sükut xeyli çəkdi, mən onu pozmağa cəsarət etmidrdim, Prezident isə, istəmirdi”...
Dostlar, Abraam Linkolnun sonrakı sözləri yəqin ki, hamıya maraqlı olacaq, zira, onun siyasətinə, şəxsiyyətinə aydınlıq gətirən fikirlərdir. Prezident dostuna deyir: “Mən onun Hamlet rolunu çox bəyənmişdim və ona bu barədə səmimi yazdım. Aktyor mənə təşəkkür məktubu göndərdi və mən hesab etdim ki, qiyabi dialoqumuz başa çatdı. Amma o, buna imkan vermədi və mənim qəbuluma gəldi. Mən onu qəbul etdim və dinlədim. Bilirsizmi o, məndən nə istədi?”... Vəkil təbii ki, bilmir və Prezident davam edir: “O, Londonda ABŞ-ın səfiri olmaq istəyir. Təsəvvür edirsinizmi?! Təbii ki, mən aktyor sənəti ilə diplomat peşəsinin tamam ayrı fəaliyyət sahələri olduğunu, mümkün qədər mədəni izah etməyə çalışdım... Amma o, yenə mənim qəbulumdadır... Mümkünsə, ona deyin ki, mən yorulmuşam və 3-cü mərtəbəyə (Ağ evdə Prezidentin mənzili 3-cü mərtəbədə yerləşir – Q.A) qalxmışam”...
Bəli, bu hadisədən 200 il keçsə də, problem hələ yerindədir və hər yerdədir. Azərbaycanda da az-çox tanınan aktyorların, müğənnilərin hamısı siyasətə gəlmək, deputat seçilmək, ən azı diplomat olmaq istəyir. Mən ad çəkmirəm, bilənlər bilir, neçə-neçə uğursuz nümunələr var. Bu adamlar ya başa düşmürlər, ya da başa düşmək istəmirlər ki, aktyor sənəti ilə siyasətçi peşəsi tamam fərqli fəaliyyət sahələridir. Doğrudur, hər bir yaxşı siyasətçi aktyor olmağı bacarmalıdır, amma hər bir yaxşı aktyor siyasətçi ola bilərmi?! Axı, SƏNƏTİN SƏRKƏRDƏSİ SİYASƏTİN PIİADADSINA ÇEVRİLƏNDƏ, ən yaxşi halda ZELENSKİLƏR, ən pis halda JİRİNOVSKİLƏR YARANIR...
Və faciələr qaçılmaz olur...
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər