31-05-2014 [21:07]
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil edilən tədbir çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 7 saylı uşaq internat evində olub.
Hər il müxtəlif bayramlar və digər önəmli tarixlərdə 140
nəfər əqli və fiziki cəhətdən qüsurlu uşaqların yaşadığı bu internat evində yaşayan
uşaqları ziyarət edən "Akkord” nümayəndələri ənənəyə sadiq qalaraq bu dəfə də
görüşə əlidolu gəliblər. Uşaqlar üçün xüsusi gigiyenik vasitələr, ərzaq və
şirniyyat məhsulları, oyuncaqlardan ibarət bayram sovqatı gətirən Korporasiya
nümayəndələri onları daha bir sürprizlə sevindiriblər. Bu sürpriz
Korporasiyanın təşkilatçılığı ilə təmənnasız olaraq internat evinə gəlmiş
musiqiçilər və əvvəlcədən hazırlanmış gözəl konsert proqramından ibarət olub. Şən
musiqi sədaları altında rəqs edib mahnılar söyləyən uşaqlar onların müdafiəsinə
həsr olunmuş bu günü əsl bayram ab-havası ilə qeyd ediblər.
Tədbirdə "Akkord
Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin İctimaiyyətlə Əlaqələr Xidmətinin
rəhbəri Afaq Quliyeva çıxış edib. Uşaqları bayram münasibətilə təbrik edən xidmət
rəhbəri bu uşaq evinin sakinlərinin "Akkord” kollektivi üzvlərinin qəlbində özəl
bir yerinin olduğunu, buna görə də hər bir bayram və əlamətdar gündə onları
ziyarət etməyi ən vacib bir vəzifə kimi hiss etdiklərini bildirib: "Akkord”un
yaranma tarixi 9 ildir, bizim Sizlərlə əlaqələrimizin tarixi isə 6 il. 6 ildə,
bizə doğma olan bu EVdəki bütün uşaqları öz ailə üzvlərimiz qədər yaxından
tanımağa çalışmışıq. Tanıdıqca isə daha çox sevmişik. "Akkord” Korporasiyasının
rəhbərliyi, ölkəmizdə və ölkə xaricində çalışan minlərlə əməkdaşımız adından 1
iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik
edirik. Bayramınız mübarək”.
Tədbirdə internat
evinin direktoru Pərvanə Səfərova da çıxış edib. O, artıq neçə ildir ki,
"Akkord” Korporasiyası tərəfindən bu uşaq evinə göstərilən diqqət və qayğıya
görə minnətdarlığını bildirib və internat məktəbinin hər bir sakininin bu diqqəti
yüksək dəyərləndirdiyini bəyan edib.
Tədbirdə Bakı Dövlət Universitetinin Tətbiqi
Riyaziyyat və Kibernetika fakültəsinin bir qrup tələbəsi də iştirak edib.
Tədbirin sonunda
bayram tortu kəsildi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi