"ATV", "ARB", "Space TV", "Xəzər TV", "Real TV", "İTV", "CBC Sport TV" qanunları pozub
11-09-2023 [14:27]
Bu gün Azərbaycan Audiovizual Şurasının növbəti iclası keçirilib. İclasda 2 məsələ müzakirə olunub.
Mia.az Şuraya istinadla xəbər verir ki, ilk olaraq universal platforma operatoru lisenziyasının alınması üçün "Gammanet" MMC-dən Audiovizual Şuraya daxil olmuş müraciətə baxılıb, iddiaçının təqdim etdiyi sənədlər müzakirə olunub. Müzakirələrdən sonra "Gammanet" MMC-yə (xidmətin adı: "Gammanet TV" olmaqla) universal platforma operatoru lisenziyasının verilməsi barədə müvafiq qərar qəbul edilib.
Daha sonra "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə fəaliyyətinə dair Tədbirlər Planı"na uyğun olaraq hər iki orqan tərəfindən reklam yayımları ilə bağlı həyata keçirilən monitorinqlərin nəticələri müzakirə olunub. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Audiovizual Şurasına ünvanlanmış müraciətlərə əsasən həyata keçirilmiş təkrar monitorinq nəticəsində 2023-cü ilin iyun ayı ərzində əksər ümumölkə yerüstü televiziya kanallarının efirində "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun bir sıra tələblərinin mütəmadi olaraq pozulması halları təsbit olunub.
Belə ki, həmin ay ərzində "Reklam haqqında" Qanunun 4.3-cü maddəsinin tələbinin (İstehsalı (satışı) lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda, reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir) pozulması "ARB", "Xəzər TV", "CBC Sport TV" kanallarında, 33.1-ci maddəsinin tələbinin (Maliyyə, bank, sığorta, investisiya xidmətlərinin, qiymətli kağızların raklamında bu xidmətləri təklif edən şəxsin hüquqi adı, hüquqi ünvanı, fiziki şəxslərin adı, soyadı, atasının adı, ünvanı, əlaqə vasitələri, qiymətli kağızın emitenti qeyd olunmalıdır) pozulması "ATV", "ARB", "Space TV", "Xəzər TV", "İTV", "CBC Sport TV" kanallarında, 33.4-cü maddəsinin tələblərinin (İstehlak kreditinə dair reklamda kreditin hər hansı xərci ilə bağlı zəruri məlumatların – həmin Qanunun 33.4.1-33.4.5-ci bəndlərdəki məlumatların verilməsi ilə bağlı tələblər) pozulması "ATV", "ARB", "Space TV", "Xəzər TV", "Real TV", "İTV", "CBC Sport TV" kanallarında müşahidə edilib.
İclas zamanı, həmçinin iyul və avqust ayları üzrə monitorinqlərin də ilkin müzakirəsi aparılıb. Məlum olub ki, həmin aylarda da iyun ayında baş verən pozuntular az intensivliklə təkrarlanıb.
Aparılan müzakirələrdən sonra Azərbaycan Audiovizual Şurası yayımçılara yeni televiziya mövsümündə belə halların təkrarlanacağı təqdirdə inzibati sanksiyaların tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib