Marneulidə “Soydaş” Gürcüstan – 2023 adlı Forum keçirilib
11-09-2023 [11:14]
Gürcüstanın Marneuli şəhərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Soydaş” Gürcüstan – 2023 adlı Forum keçirilib.
Mia.az xəbər verir ki, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycanın Gürcüstandakı Səfirliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun rəsmi tərəfdaşlığı ilə keçirilən tədbir zamanı soydaşlarımız, dövlət rəsmiləri, diplomatlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və media təmsilçiləri bir araya gəliblər.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov, Gürcüstan parlamentinin deputatı Zaur Dalğalı, qardaş Türkiyənin Gürcüstandakı səfirinin müavini Kazım Kartal, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər və digərləri çıxış ediblər.
Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili Forumun mahiyyətindən danışıb.
Təşkilat sədri vurğulayıb ki, Forumun əsas məqsədi Gürcüstanda yaşayan və fəaliyyət göstərən QHT və gənclər təşkilatlarının rəhbərlərini, media nümayəndələrini, eləcə də 100-dən çox qonağı bir araya gətirməkdir.
T.Allahverdili Forumun keçirilməsində dəstəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Azərbaycanın Gürcüstandakı Səfirliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinə və Gürcüstandakı Azərbaycan İcmasına təşəkkür edib.
Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı Səfirliyinin müşaviri Eldar Bayramov deyib ki, bu kimi tədbirlərin keçirilməsi olduqca əhəmiyyətlidir. O, Forumun yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib. Səfirlik əməkdaşı qeyd edib ki, xaricdə keçirilən bu cür tədbirlər ölkələrarası əlaqələri daha da möhkəmləndirir və münasibətləri inkişaf etdirir.
Qardaş Türkiyənin Gürcüstandakı səfirinin müavini Kazım Kartal çıxışı zamanı söyləyib ki, Türkiyə və Azərbaycan əlaqələri gündən-günə daha da inkişaf edir. O bildirib ki, hansı ölkədə yaşamasından və fəaliyyət göstərməsindən asılı olmayaraq Azərbaycan və Türkiyə diplomatları milli maraqları naminə birlikdədirlər.
Gürcüstan parlamentinin deputatı Zaur Dalğalı qeyd edib ki, Azərbaycan vətəndaş cəmiyyətinin bu kimi tədbirlər keçirməsi Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafına misilsiz töhfələr verir.
O xatırladıb ki, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi indiyə qədər Gürcüstanda bir sıra tədbirlər keçirib. Bu tədbirlərin hər biri dostluğa, qardaşlığa və xalqlararası əlaqələrin möhkəmlənməsinə xidmət edib.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər Azərbaycan-Gürcüstan arasında media əlaqələrinin inkişafından, bunun formalaşmasında soydaşlarımızın rolundan danışıb.
Daha sonra A.Ələsgər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın qonaqlara təbrik müraciətini oxuyub.
Tədbir panel müzakirələri ilə davam etdirilib. Panel müzakirələrində “Azərbaycanla Gürcüstan arasında müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrində soydaşlarımızın rolu” adlı birinci panel Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinə icraçı direktoru Murad Muradovun moderatorluğu ilə keçirilib.
Paneldə Gürcüstan Parlamentinin sabiq deputatları Mahir Dərziyev, Hidayət Hüseynli və Ramiz Bəkirli, eləcə də professor Mahmud Kamaloğlu çıxış ediblər.
Media və kommunikasiya mütəxəssisi, doktorant Rəşid Mustafazadənin moderatorluğu ilə keçirilən “Media savadlılığı və gənclər” adlı ikinci paneldə isə Aktual.ge-nin direktoru İlkin Hüseynov, 24news.ge-nin direktoru Azər Məmmədov, İnterpres.ge-nin direktoru Nahid Qurbanov və RealNews.ge -nin direktoru Almaz Nadiroğlu çıxış edib.
Sonda isə “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi təsus etdiyi Soydaş Milli Mükafatının təqdimat mərasimi olub.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Soydaş” Gürcüstan – 2023” Forumuna və Azərbaycanla Gürcüstan arasında yüksək əlaqələrin inkişafına veridikləri töhfələrə görə təltif olunma mərasimi keçirilib.
Qeyd edək ki, Forum “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycanın Gürcüstandakı Səfirliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun rəsmi tərəfdaşlığı ilə Gürcüstan-Azərbaycan Evində keçirilib.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR