Jurnalist AYNA rəhbərinə belə ismarıc göndərdi: "Kollec məzunu Anar Rzayev, mənə kart at, 1 manatını ödəyim"
11-09-2023 [00:12]
"Bu yerüstünə nəzarət edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) MMC-si var - AzParking. Maşını saxlamışam bunların "kraskaladığı" yerdə. Biri qaça-qaça gəlir ki, şəkilini çəkirəm. Deyirəm nə olub, maşınımdan xoşun gəlir? Deyir yox, qeydiyyatdan keçməmisən. Deyirəm kömək elə, keçim".
Mia.az xəbər verir ki, bu sözləri jurnalist Ədil Hüseynov sosial media hesabında yazıb.
Onun sözlərinə görə, axır ki, sistemi yükləyirlər: "1 saat sonra gəlirəm ki, 1 manat yazıb. Lap yaxşı. İndi bu pulu ödəmək istəyirəm. Sistem kartı qəbul etmir. Dayanmadan da "zıppa-zırıp" mesaj gəlir ki, ödəyin, cərimə ediləcəksiz. Uzun müsibətdən sonra bunların əlaqə nömrəsini tapıram. Zəng edirəm. "Zanit" verir. Bir də yığıram, "zanit" verir. Sonra bəlli olur ki, 141 çağrı xidmətinə zəng etməliyəm. Edirəm, təxminən 15 dəqiqə sonra bir xanım açır. Bildirirəm ki, pulu yükləyə bilmirəm. Cavab belədir: sistem yeni olduğu üçün ola bilər kart yüklənməsin. Deyirəm mesaj gəlir cərimə ediləcəksiz. Deyir, gözləyin sizi yığacaqlar...".
Jurnalist daha sonra AYNA rəhbərinə üz tututb yazıb: "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əziz ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin Yutika Kollecinin məzunu Anar Rzayev... İndi mən nə edim? Tapşırın biri mənə kart atsın, 1 manatınızı ödəyim. Zatən, cərimə ödəməkdən bezmişəm. Bir yandan da sizin cərimələrlə uğraşmayaq... Bezdik belə mənasız işlərə vaxt ayırmaqdan...".
Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev ötən ilin fevralında Bakıda 4 yük maşınının Heydər Əliyev prospektində yolu bağlaması ilə bağlı keçirdiyi iclasda bu Anar Rzayevə sərt xəbərdarlıq eləsə də, o, hansısa sehirli əlin dəstəyi ilə vəzifəsini nəinki qorudu, hətta bir çox məsələlərdə söz sahibinə çevrilib.
Xatırladaq ki, həmin vaxtı nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaratmışdı, üztəlik, elə həmin iclasda AYNA-nın sədri Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırmışdı.
Amma sonran nə o qrupdan, nə o araşdırmadan, nə də Anar Rzayevlə bağlı görüləcək əlavə tədbirdən səs-soraq oldu...
Bu və ya digər məqamlarla bağlı araşdırmamız olacaq.
Tahir
MİA.AZ
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR