Bakının mərkəzindəki məşhur villalar hərraca çıxarıldı -7,4 milyon manata

img

10-09-2023 [12:03]


Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ləğv prosesində olan "Dəmirbank” ASC-yə məxsus 4 ədəd daşınmaz əmlak hərrac vasitəsiylə satışa çıxarılır.

Mia.az Ekonominfo.az-a istinadən xəbər verir ki, daşınmaz əmlaklar Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 69/1, ev 69/2, ev 69/3 və ev 69/4 ünvanlarında yerlışir.

Daşınmaz əmlakın 3-ü 3 mərtəbəli, 1-i isə 2 mərtəbəli olmaqla hər biri 5 otaqlıdır.

Satışa çıxarılan evlərin ən ucuzunun ilkin satış qiyməti 1 milyon 742 min 500 manat, ən bahalısı isə 1 milyon 912 min 500 manat təşkil edir. 4 ədəd villanın ümumi ilkin satış qiyməti 7 milyon 395 min manata bərabərdir.

Qeyd edək ki, villalar İnşaatçılar metrosu yaxınlığında yaradılan süni gölün ətrafında inşa olunub.

Hərrac prosesi 14 sentyabr tarixində Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq