"Beşiktaş" istədi, "Trabzonspor" aldı - 80 milyon avroluq Pepe "burada xoşbəxtəm" dedi

img

08-09-2023 [15:43]


"Beşiktaş" çox çalışsa da, transfer edə bilmədiyi Nikolas Pepeni "Arsenal"dan "Trabzonspor" "qapıb".

 Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Pepe ilk əvvəl "Beşiktaş" klubu niklə danışıqlar aaprıb.

Fransanın "L'Equipe" qəzeti yazıb ki, "Beşiktaş" fransız futbolçu Nikolas Pepe ilə şərtləri razılaşdırsa da, son anda transfer bəlli olmayan səbəbdən alınmayıb.

Məlumata görə, fransız futbolçu artıq "Trabzonspor"la anlaşıb: "“Trabzonspor” hər məsələdə anlaşdığı Nikolas Pepeni imza üçün Türkiyəyə gətirib. "Bordo-mavili"lərə 1 illik icarə əsasında keçən Pepe təyyarədən verdiyi ilk açıqlamada bunları deyib: "Salam "Trabzonspor" azarkeşi, bu kluba qatıldığıma görə çox şadam. Digər komandalardan çoxlu təkliflər aldım, amma Türkiyənin böyük klubuna gəlmək istədim. Bu mövsüm sizinlə bir çox uğurlara imza atmaq istəyirəm. Yenidən çempion olmaq istəyirəm. Hadi, Trabzon, tezliklə görüşərik. Trabzon bizim üçün hər yerdədir"".

Xatırladaq ki, Pepe 2019-cu ildə "Lill"dən "Arsenal"a 80 milyon avroya transfer olunub. 

Fərid

MİA.AZ

 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq