Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
05-09-2023 [00:04]
Qoç - işlərinizdə yaranan problemlər ilk baxışda göründüyü qədər ciddi deyil. Ən xırda çətinlikləri ürəyinizə salmayın. İşdə rəhbərliklə mübahisə dəf olunmayacaq sədd təsiri bağışlamasın. Az sonra anlayacaqsınız ki, eyni məqam barədə müxtəlif sözlərlə danışıbsınız.
İndiyədək əsla müttəfiq saymadığınız həmkarınız günün ikinci yarısında sizi dəstəkləyəcək. Romantik görüşlər və dostlarla təmaslar üçün əlverişli zamandır. Az danışdığınız insanlarla təmaslar pozitiv emosiyalar bəxş edəcək. Emosiyalara aldanmayın, hisslərin əsiri olmayın.
Buğa - müsbət təmayüllərin təsiri güclüdür. Çətinliklər olsa da, onların öhdəsindən gələcəksiniz. Xeyli əvvəl yerinə yetirdiyiniz iş üçün mükafat və ya ödəniş alacaqsınız. Borc qaytarılacaq, maliyyə durumunuz yaxşılaşacaq. Yeni məlumat və informasiya əldə edin, bilik və bacarıqlarınızı artırın.
Günün ikinci yarısında hadisələrin məcrasına kobud müdaxilə etməyin. Olaylar öz ardıcıllığı ilə cərəyan etsin. Qətiyyətli olsanız, mövqelərinizdən geri çəkilməsəniz, daha yaxşı nəticələr verə bilər. Mübahisələrdən qalib çıxmağa çalışın.
Əkizlər - güclü rəqiblə toqquşmalı olacaqsınız. Mübarizə ədalətli olarsa, qalib gələ bilməyəcəksiniz. Hiyləgərlik edin. Zərərsiz, amma fəndgir sxem qurun və effektiv irəliləyişə nail olun. Həll olunmuş saydığınız problemlərdən biri yenidən gündəmə qayıda bilər.
Günün ikinci yarısında mübahisələrə qatılmayın. Fəsadlar çox ağır ola bilər.
Yaxınlarınız sizə yardım edəcək, ehtiyac duyduğunuz mənəvi dəstək verəcəklər. Bir şərtlə ki, problemlərin və qayğılarınız barədə çəkinmədən, səmimiyyətlə danışasınız. Ailə münasibətləri və şəxsi yaşamdakı problemlərin qarşısını almaq üçün səmimi olmağa çalışın.
Xərçəng - işgüzar fəaliyyət baxımından uğurlu gündür. Ən cəsur gözləntiləriniz doğrula bilər. Başladığınız işlərdə qətiyyətli olun. Yeni layihələr uğurlu olacaq. Karyera və maaşla bağlı məsələlərin müzakirəsi məhsuldar olacaq. Yeni gəlir mənbəyi tapa bilərsiniz.
Günün ikinci yarısında heç bir məntiqi səbəb olmadan əhvalınız pisləşə bilər. Emosional fon stabil deyil. Soyuqqanlı və təmkinli olun. Mənfi emosiyaların təsirinə uyaraq yaxınlarınızla münaqişə etməyin.
Şir - gərgin, çətin gündür. Yaşananlara rəğmən bədbinliyə qapılmayın, soyuqqanlı olun. Qarşınıza qoyduğunuz məqsədləri saf-çürük edin, hədəfləri konkretləşdirin. Prioritetləri seçin. Dostları bədxahlardan ayırın. Haqlı olduğunuzu düşünürsünüzsə, mövqelərinizdən əsla geri çəkilməyin. Günün ikinci yarısında hər xırda işə görə şübhələnməyin.
Qüvvənizə tam əmin olsanız da, dəstək və yardıma ehtiyacınız var. Güclü və zəif yönlərinizə yaxşı bələd olan köhnə dostlardan yardım alacaqsınız. Axşam saatları romantik görüşlər üçün əlverişlidir.
Qız - müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurludur. Tənbəllik və süstlük etməyin. Uğur qazanmaq üçün aktiv olmağınız gərəkdir. Qəfil gəlirlər, planlaşdırılmamış sərfəli anlaşma və ya müqavilə istisna deyil. İşgüzar intuisiyanıza təcrübəli biznesmenlər də həsəd apara bilər.
Günün ikinci yarısında şəxsi münasibətlər harmonik olacaq. Bunun üçün izafi səy göstərmək gərək deyil. Hər şey yaxşı olacaq. Sevdiyiniz insan sizi anlayacaq. Axşam saatlarında normal istirahət edin.
Tərəzi - ötən həftənin əvvəlində yaranmış problemin əks-sədası hiss olunur. Soyuqqanlı, təmkinli davranın. Hadisələrin məcrasına kobud müdaxilə etməyin. Gözlənilməz işgüzar təkliflər istisna deyil.
Günün ikinci yarısında iş yerini dəyişmək imkanları yaranacaq. Seminar və ya konfranslara qatıla bilərsiniz. Faydalı tanışlıqlar olacaq.
Ailədə ixtilaf və münaqişələrin qarşısını almaq üçün mühüm məsələləri müzakirə edin. Yekun qərara tələsməyin, vaxtınızı boş mübahisələrə sərf etməyin. Ailə üzvlərini sevindirin.
Əqrəb - yeni məlumatlar və xoş sürprizlər istisna deyil. Təxəyyülünüz sərhəd tanımır. Bilik və bacarıqlarınızdan praktiki qaydada istifadə edin. Yeni ideyalar pis deyil. Yaxın ətrafınızdakı insanlar ideyalarınızı dəstəkləmsələr də, yolunuzdan geri çəkilməyin. Günün ikinci yarısında müttəfiqlərlə tanışların sayı artacaq.
Alış-verişdə bədxərclik etməyin. İzafi xərclər ciddi problemlər yarada bilər. Yaxşı məsləhətləri qulaqardına vurmayın.
Oxatan - qarışıq, mübahisəli gündür. Sədləri dəf etməli olacaqsınız. Darıxmağa vaxtınız olmayacaq. Aktiv çalışmayıb tənbəllik etsəniz, çox kiçik nəticələrə nail olacaqsınız.
Önəmli saydığınız sahədə günün ikinci yarısında irəliməyə can atın. Qüvvələrinizi qoruyun, ehtiyatlı davranın. Sevdiyiniz işlə məşğul ola bilərsiniz.
Axşam saatlarında xoş görüşlər istisna deyil. Qəfil romantik təmaslar gözləntilərinizdən də yaxşı effekt verə bilər. Mühüm qərarların zamanıdır. Yaşamınızda yeni səhifə vaxtıdır.
Oğlaq - uğurlar vəd edən gündür. Qeyri-adi və yaddaqalan hadisələr olacaq. Təmaslarınızda diqqətli davranın, sayıqlığı əldən verməyin. Bədbinlərlə ünsiyyətdə ruhdan düşməyin. Belə olarsa, siz də bədbin olacaqsınız. Halbuki nikbin insanlarla görüş əhvalınızı yaxşılaşdıra bilər.
Günün ikinci yarısında yaxınlarınızın qayğısına qalın. Sevdiyiniz insanların niyyətlərini anlayın. Təşəbbüsünüz dəstəklənəcək. Ən cəsur ideyalarınızı reallaşdıra bilərsiniz.
Dolça - ötən günlərdə yaranan problemlərin fəsadları günün ilk yarısında təzahür edəcək. İşlər pis olmayacaq. Peşəkar fəaliyyət müstəvisində önəmli irəliləyişlərə nail olacaqsınız. Ciddi uğurlar sizi gözləyir.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla təmaslarda aktiv olun. Bilik və bacarıqlarınızı nümayiş etdirə bilərsiniz. Sevdiyiniz insanla təmasların harmonik olmasına can atın. Sərtlik və inadkarlıq etməyin, güzəştlərə getməyi bacarın. Axşam saatlarında qəfil etiraflar ola bilər.
Balıqlar - müsbət təmayüllərin təsiri güclüdür. Maliyyə məsələsində müəyyən problemlər var. Soyuqqanlı olun, tələskənlik etməyin. Alış-verişdə çox pul xərcləməyin. Sövdələşmə və anlaşma üçün əlverişli zaman deyil.
Günün ikinci yarısında həmkarlar və ya tərəfdaşlarla birgə fəaliyyət uğur vəd edir. Müttəfiqlər nə qədər çox olarsa, yaxşıdır.
Axşam saatlarında qohumlarla ünsiyyətdə olun. Ailəvi tədbirlər və ya şəhəri tərk edərək təbiət qoynuna yollanmaq üçün pis zaman deyil. Əhvalınızı yaxşılaşdırın. Normal istirahət edin.
Milli.Az
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR