Erməni separatizminə aşiq olan BBC haqda SENSASİON FAKTLAR - Azərbaycan buna imkan verməyəcək...
04-09-2023 [17:38]
BBC-nin həm ingilisdilli, həm də azərbaycandilli bölməsi açıq şəkildə Qarabağdakı erməni separatizminə dəstək verir.
Böyük Britaniya separatizmdən əziyyət çəkən ölkələr sırasında öndə gedir.
Təkcə bir faktı deyim ki, Böyük Britaniya İngiltərə, Şotlandiya, Şimali İrlandiya və Uelsdən ibarətdir. Bunlar fərqli xalqlardır və fərqli milli maraqlara malikdir. İngiltərə, Şotlandiya, Şimali İrlandiya və Uelsdə müxtəlif separatçı hərəkatlar var. Mən yalnız Şimali İrlandiya ilə bağlı bəzi faktları yada salacam.
İrlandiya adası XIII əsrdə ingilislər tərəfindən işğal edilib. Elə o vaxtdan da irlandların ingilis müstəmləkəsinə qarşı mübarizəsi başlayıb.
XX əsrin əvvəllərində Anqlo-İrland müharibəsi (1919-1921) oldu. Xalqın yaratdığı İrlandiya Respublikaçı Ordusu Britaniya İmperiyasına və İrlandiyadakı hərbi qüvvələrinə qarşı müharibəyə başladı. Nəticədə İrlandiya adası iki yerə bölündü. İrlandiya Respublikası müstəqil dövlətə çevrildi. Şimali İrlandiya isə Böyük Britaniyanın tərkibində qaldı.
Təbii ki, irland xalqı bu parçalanma ilə razılaşmadı. Şimali İrlandiyada İrlandiya Respublikası ilə birləşmək uğrunda mübarizəyə start verildi. Daha sonra bu, silahlı mübarizəyə döndü. İrlandiya Respublikaçı Ordusu (IRA) Böyük Britaniyaya qarşı terror aksiyalarına əl atdı.
IRA Britaniyanın yaratdığı beynəlxalq təzyiqlər və əks-təbliğat nəticəsində 2006-cı ildə öz fəaliyyətini rəsmən dayandırdı.
Müstəqil İrlandiya Respublikasında 5.1 milyon insan yaşayır. Böyük Britaniyanın tərkibində olan Şimali İrlandiyanın isə 1.9 milyon əhalisi var. İngilislər parçaladıqları irlandların birləşməsinə imkan vermirlər. Onu da qeyd edim ki, Böyük Britaniya Şimali İrlandiyanın İrlandiya Respublikasına birləşməsi uğrunda silahlı mübarizə aparan IRA-nı terrorçu təşkilat elan etmişdi. Deməli, ingilislər Şimali İrlandiyanın azadlığı uğrunda mübarizə aparan əlisilahlı mücahidləri terrorçu sayır. Ancaq Qarabağdakı silahlı dəstələri isə azadlıq mücahidi qismində təqdim edir.
Sirr deyil ki, Ermənistan mətbuatı hələ də "Dağlıq Qarabağ Müdafiə Ordusu" və ya "Artsax Müdafiə Nazirliyi" kimi ifadələrdən istifadə edir. 1992-ci ildə Şuşanın işğalı günündə rəsmən yarandığı elan olunan "Dağlıq Qarabağ Müdafiə Ordusu"nu yaradanlar sırasında məşhur erməni terror təşkilatı olan ASALA-nın əsasını qoyan Monte Melkonyanın olması da təsadüfi deyil.
Bəllidir ki, BBC Britaniya daxilində mövcud olan separatçı hərəkatlara qarşıdır və onlara qarşı ideoloji müharibə aparır. IRA-ya qarşı mübarizədə isə BBC xüsusi şöhrət qazanmışdı.
Ümumiyyətlə, Qərb ölkələrində separatizmlə bağlı son dərəcə ciddi problemlər var. Avropa İttifaqında 260-dan çox, ABŞ, Kanada və Meksikada onlarla separatçı təşkilat var.
Fikir vermisinizsə, heç bir Qərb ölkəsi Qərbdə olan separatçı təşkilatı müdafiə etmir. Niyə?
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, əslən korsikalı olan Jozep Borel çıxışlarının birində bu suala belə cavab verir ki, Korsikada separatizmin qələbəsi Avropada "domino effekti" verəcək. Yəni bütün Avropa İttifaqı darmadağın olacaq.
Avropalılar özlərinə rəva görmədiklərini bizə rəva görürlər. Avropadan basa-basa gəlib Cənubi Qafqazda separatizmə, daha doğrusu, erməni separatizminə dəstək verirlər. Çünki Gürcüstanla bağlı vəziyyət fərqlidir. Orada Gürcüstandan ayrılmış Abxaziya və Cənubi Osetiya kimi separatçı bölgələrə qarşı çıxırlar. Gürcüstanın ərazi bütövlüyünü tanıdıqlarını bildirirlər.
Azərbaycanda isə vəziyyət xeyli fərqlidir. Rəsmən Azərbaycanın da ərazi bütövlüyünü tanıyırlar, o biri tərəfdən də erməni separatizminin ayaqda qalması üçün min bir fırıldağa əl atırlar...
Bir-iki kəlmə də BBC, "Azadlıq" və "Amerikanın səsi" haqqında deyim.
Azərbaycana bu tip radio yayınları lazım deyil!
Niyə lazım deyil? Çünki bu yayınlar bəlli ölkələrin dövlət maraqlarının təbliği ilə məşğuldur. Həmin ölkələrin maraqları ilə Azərbaycanın maraqları isə bir çox hallarda üst-üstə düşmür. Məsələn, BBC son yayımlarında erməni separatizminə dəstək verir. Ona görə də xarici ölkələrə məxsus bu kimi radio yayınlar Azərbaycanda qadağan olunmalıdır.
Bu sıraya Rusiyaya məxsus "Sputnik Azərbaycan" da salınmalıdır. Ümumiyyətlə, Azərbaycan ərazisində heç bir xarici dövlətin media orqanı mövcud olmamalıdır. Bu bizə lazım deyil.
Bizə lazım olan odur ki, Azərbaycan mediası daha çox müstəqil olsun. Yalnız və yalnız azad media Azərbaycan xalqının və dövlətinin maraqlarının keşiyində müsəlləh əsgər kimi dayana bilər. Bu, son dərəcə önəmli məsələdir. Çünki ölkəmiz fərqli dövlətlərin ideoloji basqısı altındadır. Azərbaycan heç bir halda yadelli ideoloji axınların poliqonuna çevrilə bilməz. Buna heç bir halda imkan vermək olmaz...
Elbəyi HƏSƏNLİ,
SÜRİX
MİA.AZ
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib