Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
04-09-2023 [00:11]
Qoç - risk və avantüralara qatılmayın. Macəra arayışları üçün əlverişli gün deyil. Ehtiyatlı olun, fəaliyyətinizdə detallara diqqət yetirin. Sizin üçün önəmli biznes-layihə ilə bağlı məlumat əldə edə bilərsiniz. Alınan məlumatlar qarışıqdır. Durumu aydınlaşdırın. Təhlilləri ertələməyin. Günün ikinci yarısında maliyyə çətinlikləri yarana bilər. Alış-verişdə bahalı heç nə almayın.
Problemlərinizi yaxınlarınızla bölüşün. Ümumi məqsədləri müzakirə etmək olar. Sevdiyiniz insanla təmaslarda səbrli və qayğıkeş olun. Belədə münaqişələrin yaranmasının qarşısını ala bilərsiniz.
Buğa - ötən həftənin sonlarında qurduğunuz planlardan imtina etməyin, onları həyata keçirməyə çalışın. Şərait ağır, şərtlər çətin olsa da, niyyətinizi gerçəkləşdirməyə can atın. İndiyədək sizdən uzaq duran və işlərinizə maneələr yaradan insandan yardım ala bilərsiniz.Günün ikinci yarısında çətin situasiyalar yaranacaq.
Maliyyə məsələlərinin həlli üçün münasib zaman deyil. İşgüzar təmaslarla şəxsi münasibətləri qarışdırmayın. Yeni layihələrə başlamayın.
Əkizlər - peşəkar fəaliyyətlə bağlı önəmli qərar qəbul etməlisiniz. Az, yetərli olmayan məlumat əldə etsəniz belə, dayanmayın. İrəliləyin, hərəkətdə olun. Kommersiya və ya bizneslə məşğul olanlar üçün yaxşı zamandır. Uzunmüddətli, sərfəli anlaşmalara nail olmaq mümkündür.
Günün ikinci yarısında şəxsi münasibətlərdə problemlər yaranacaq. Çətinliklər və müşküllərin öhdəsindən gəlmək üçün yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın. Dəyər verdiyiniz şəxslərlə münaqişəyə başlamayın. Qəfil səfər ola bilər. Axşam saatlarında romantik təmaslar istisna deyil.
Xərçəng - gün pis keçmir. Problemləri vaxtında həll etməyə çalışın. Dürüst qərarlar qəbul edin. Etibar etdiyiniz insanlarla çalışın. Bədxah və rəqiblərə sizi tələyə salmalarına imkan verməyin.
Günün ikinci yarısında işdə kiçik anlaşılmazlıqlar və probelmlər yarana bilər. Kimsənin xətrinə dəymədən mövqelərinizi müdafiə edin. Fəaliyyət sahəsinin dəyişməsi və ya yeni iş yeri ilə bağlı maraqlı təklif ala bilərsiniz. Axşam saatlarında sevdiyiniz insanla ünsiyyət saxlayın. Hər ikiniz üçün mühüm məsələləri müzakirə edin.
Şir - səbrli, soyuqqanlı olun. Sürətli, tez qələbələrin olacağına bel bağlamayın. Sizi narahat edən suallara yalnız bir neçə gün sonra cavab ala biləcəksiniz. Maraqlarınızı qətiyyətlə müdafiə edin. Belə davranış yaxın ətrafınızdakı insanlardan təqdir və dəstək almağınızı təmin edəcək. Günün ikinci yarısında rəqiblərinizi üstələməyə, yeni və nüfuzlu tərəfdaş tapmağa çalışın. İşgüzar və romantik təmaslar pis olmayacaq. Alış-verişdə bədxərxclik etməyin.
Qız - müsbət təmayüllərin təsiri güclüdür. Yaxşı tanımadığınız insanlara etibar etməsəniz, işlər pis alınmayacaq. Ünsiyyətdə diqqətli və sərvaxt olun. Ətrafınızdakı insanlarla dil tapmağa çalışın. Günün ikinci yarısında işgüzar intuiasiyanız iti olsun. Anlaşma və müqavilələrin sərfəli olmasına çalışın. Qəfil gəliri yaxşı dəyərləndirin.
Şəxsi münasibətdə problemlər, sevdiyiniz insanla ixtilaf ola bilər. Yaşamınızla bağlı önəmli qərar qəbul etməzdən öncə hisslərinizi anlamağa cəhd göstərin. Tələsməyin. Tələskənliyə lüzum yoxdur.
Tərəzi - qarışıq, laübəli gündür. Ciddi çətinliklər yaranır. Ünsiyyət müstəvisində gərgin anlar yaşanacaq. Rəğbət bəsləmədiyiniz insanlarla birlikdə işləməli olacaqsınız. Tənqidə həddən ziyadə sərt, aqressiv reaksiya verməyin. Neqativ emosiyalarınızı gizlədin. Səbrli olun.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Uğurlu və xoş təsadüf yaşamınızdakı müsbət dəyişikliklərin bünövrəsini qoya bilər. Maraqlı ideyalar yaranacaq. Axşam saatlarına yaxın bir sıra problemlərin öhdəsindən gələcəksiniz.
Əqrəb - ağır və yorucu işdən çəkinməsəniz, uğur qazana bilərsiniz. Bəli, bu gün məqsədə çatmaq üçün çox çalışmalı olacaqsınız. Amma buna dəyər. Əvvəla, işinizə görə mükafat və ya ödəniş pis olmayacaq. Eyni zamanda yaxın ətrafınızdakı insanların rəğbətini qazanacaqsınız. Həmin məqam hələ çox karınıza gələcək.
Gününi ikinci yarısında dostlarla kiçik fikir ayrılıqları, ailə üzvləri ilə mübahisələr mümkündür. Münaqişəyə yol verməməyə çalışın. Sülhü qoruyun və buna nail olun. Səylərin bir araya gətirilməsi istənilən problemin daha sürətlə həllinə imkan verəcək. Tənha, müstəqil işləməyin. Günün sonunda gəlir və ya dəyərli hədiyyə istisna deyil.
Oxatan - iş üçün əlverişli zamandır. Sizi mürəkkəb və mühüm işlər gözləyir. Yaranan problemlərin öhdəsindən gəlmək üçün aktiv olun. Süstlük və tənbəlliyə qapılmayın. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün maksimum səy göstərin. Enerjili, qətiyyətli davranın. Yalnız belə olarsa, çətin məsələlərin öhdəsindən gələ bilərsiniz. Günün ikinci yarısı kiçik anlaşılmazlıqlar istisna deyil. İtkilərsiz ötüşmək mümkün deyil. Ruhdan düşməyin, nikbin olun. Ailədə münasibətlər yaxışalacaq. Fikir ayrılıqları və mübahisələrə son qoymaq üçün əlinizdən gələni edin.
Oğlaq - tələskənliyə yol verməyin, düşünülməmiş qərarlar qəbul etməyin. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün maksimum səy göstərin. Əvvəllər başlamış işləri başa vurun. Yarımçıq iş saxlamayın. Süstlük edərək yerinizdə saymayın. Günün ikinci yarısında neqativ emosiyalar yaxşı heç nə vəd etmir.
Saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək.
Mühüm işgüzar danışıqların aparılması, peşəkar fəaliyyət və karyera ilə bağlı məsələlərin müzakirəsi üçün əlverişli zamandır. Axşam saatlarında darıxmayacaqsınız.
Dolça - mübahisələrə qarışmayın. Aşkar qarşıdurmalarda iştirak etməyin, ixtilaflara qatılmayın. Nə qədər soyuqqanlı və təmkinli olsanız, işlərinizdə bir o qədər uğur qazana bilərsiniz. Məhsuldar fəaliyyət göstərin. Aşkar qarşıdurmadan çəkinin. Günün ikinci yarısında qarşınıza qoyduğunuz məqsədlərə hiyləgərlik, fəndgirlik və bicliklə nail olun. Yaşamınızda müsbət dəyişikliklər mümkündür. Dəyər verdiyiniz insanlarla təmaslarda qayğıkeş, həssas olun. Axşam saatları maliyyə çətinlikləri vəd edir. Məntiqli və soyuqqanlı olun. Alış-verişdə bədxərlik etməyin.
Balıqlar - gün o qədər məhsuldar olmasa da, pis deyil. Maraqlı görüşlər, bundan sonrakı yaşamınızda müəyyən rol oynaya biləcək insanlarla tanışlıqlar istisna deyil. Yeni maraqlar və ya layihələr yarana bilər. Dünyagörüşünüzü artırın, yeni nə isə öyrənin.
Günün ikinci yarısında yaradıcılıq potensialı yüksək olacaq. Mürəkkəb işə başlayırsınızsa, təxəyyülü işə salın. Nəticə sizi pərişan etməz. Uzunmüddətili planlar qurun. Yeni müttəfiqlər və dostların sayəsində həmin planları reallaşdıra bilərsiniz.
Milli.Az
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR