Lənkəranda vətəndaş cəmiyyəti narkomaniya ilə mübarizə aparır - FOTOLAR
04-09-2023 [00:01]
“Demokratiya və İnsan Hüquqları Komitəsi” İctimai Birliyi Lənkəranda Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkomaniyaya qarşı mübarizə-sağlam həyat tərzinin əsasıdır” adlı maarifləndirici tədbir keçirib.
Mia.az xəbər verir ki, layihənin məqsədi bölgələrdəki vətəndaşları narkotik vasitələrin insan orqanizmində yaratdığı fəsadlar, narkomaniya asılılığı və bu bəla ilə mübarizə yolları haqqında geniş bilgiləndirilməsidir.
Təlimçilərdən Ayxan Bağırov problemin tibbi tərəfi haqqında toplantı iştirakçılarına geniş bilgi verib. O, son dönəmlər sintetik narkotik vasitələrin ölkədə geniş yayılması ilə özəlliklə gənc nəslin hədəf alındığına diqqət çəkib: “Sintetik psixotrop maddələr ucuz olduğu üçün gənclər arasında sürətlə yayılır. Bu, genefonda çox ciddi zərbə deməkdir. Gənc yaşda insanların narkomaniyaya yoluxması son dərəcə böyük sosial bəla yaratmaqdadır ki, ölkəmizin cənub bölgələrində bu problrem daha qabarıq şəkildə ortadadır. İnsanların narkotik vasitələrə yoluxması onların demək olar bütün fizioloji özəlliklərinə təsir etməklə ciddi sağlamlıq problemləri yaradır. İnsanlar normal davrana, normal düşünə, sosial həyatı sağlam yaşaya, eyni zamanda fərd kimi üzərinə düşən heç bir vəzifəni yerinə yetirə bilmir. Bütün bunlar narkomaniyaya qurşananların şəxsiyyət kimi məhvinə səbəb olur. Bu isə təkcə həmin şəxsin ailəsinə üçün deyil, icma, bölgə, bütünlükdə cəmiyyətimiz üçün böyük itki deməkdir. Hər bir vətəndaş, özəlliklər gənclər çox yaxşı dərk etməlidirlər ki, bu, faktiki olaraq geridönüşü olmayan bir yoldur və heç bir tibbi tədbir, psixoloji yardım insanları narkotiklərəqədərki dönəminə qaytara bilmir. Fiziki və psixoloji travmalar insanı ömür boyu təqib edir. Bu səbəbdən ən kiçik yaşdan uşaqlara narkotik və bütünlükdə psixotrop maddələrin zərərti tərəfləri haqqında dolğun bilgi verilməlidir”.
Toplantıya qatılanlar sırasında hüquq-mühafizə orqanlarının, DİN-in Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları, Lənkəran İcra Hakimiyyətinin təmsilçiləri, rayon gənclər mərkəzinin, valideyn komitələrinin, bələdiyyə, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri də qatılıb.
Təlimçilərdən Nabat Qəniyeva bildirib ki, problemə həm də regional problemlər kontekstində baxmaq gərəkdir: "’Narkotik vasitələrin Azərbaycan dövlətini zəiflətmək üçün təsir vasitəsi olduğu bir gerçəkdir. Statistikaya baxsaq, narkotiklərin ölkəmizə Ermənistanla çox sıx dostluq münasibətləri olan İrandan gətirildiyini görürük. Cənub bölgəsi İranla həmsərhəd olduğundan Tehranın əsas hədəfləri sırasındadır. Çox təəssüf ki, rəqəmlər regionda durumun çox acınacaqlı olduğunu göstərir və biz cəmiyyət olaraq bu problemlərin aradan qaldırılması üçün bütün mümkün vasitələrdən istifadə etməliyik”.
Daha sonra toplantı iştirakçıları problem ətrafında fikir mübadiləsi aparıblar.
Ləman
MİA.AZ
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR