Nazir və vəzifəli şəxslərin olduğu tədbirdə şairlə deputat yumruqlaşdı - "Nazirə dedim ki, siz necə nazirsiniz..." - "Niyə cəsarətiniz yoxdur?”
02-09-2023 [00:30]
Şamaxıda keçirilən "Azərbaycan dili və ədəbiyyatı forumu”nda gərgin anlar yaşanıb.
Mia.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, şair Qəşəm Nəcəfzadə və deputat Nizami Cəfərovun arasında az qala yumruq davasına çevrilən qalmaqal baş verib.
Məlumata görə, Qəşəm Nəcəfzadə elm və təhsil naziri Emin Əmrullayevi sərt tənqid edib.
Şair bildirib ki, orta məktəblər üçün nəzərdə tutulan dərsliklərdə ciddi nöqsanlar mövcuddur.
Deputat Nizami Cəfərov isə Qəşəm Nəcəfzadəyə çıxışını davam etdirməyə imkan verməyib və nazirin müdafiəsinə qalxıb. Bununla da tədbirin keçirildiyi zalda az qala "savaş baltaları” göyə qalxıb. Qəşəm Nəcəfzadə deputatın müdaxiləsinə sərt reaksiya verib və onun barəsində kəskin ifadələr işlədib. Əsəbdən özünə nəzarəti itirən şair nümayişkaranə şəkildə deputata hücum edib. Tədbir iştirakçıları Qəşəm Nəcəfzadəni sakitləşdirməyə çalışıblar. Uzun sürən gərgin anlar toplantı iştirakçılarının müdaxiləsi ilə nisbətən səngiyib. Tədbir iştirakçıları Qəşəm Nəcəfzadəni çətinliklə olsa da, zaldan çıxarda biliblər.
Qəşəm Nəcəfzadə "Qaynarinfo"ya açıqlamasında məlumatı təsdiqləyib: "Tədbirdə elm və təhsil naziri Emin Əmrullayevə irad bildirdim. Dedim ki, sizin rəhbərlik etdiyiniz nazirlikdən xəbəriniz belə yoxdur. "Altun” nəşriyyatının direktoru Rafiq İsmayılov dəsrslikləri yaman günə qoyur, uşaqların biliyini, əxlaqını, etika-estetikasını korlayır. Qafiyəsiz, zəif, ədəbiyyata dəxli olmayan şeirləri dərsliklərə salır. Nəşriyyatın direktorudur, 1-ci sinifdən 9-cu sinifə kimi Azərbaycan dili dərsliyinin müəllifidir. Amma özü Azərbaycan dilini bilmir. Adam rusdillidir. Nazirə dedim ki, siz necə nazirsiniz ki, dərsliklərdən xəbəriniz yoxdur".
Qəşəm Nəcəfzadə bildirib ki, onun sərt iradlarına Nizami Cəfərov reaksiya verib: "Ön sırada oturmuşdu. Çıxışımı bitirməyə belə imkan vermədi və naziri müdafə elədi. Dedim ki, "Nizami müəllim, siz elm və təhsil nazirisiniz? Nazirin yerinə niyə cavab verirsiniz? Nə vaxt sualı sizə ünvanlasam, onda da cavab verərsiniz. Mən sualı elm və təhsil nazirinə ünvanlamışam, zəhmət çəkib cavab versin. Nizami Cəfərov etiraf etdi ki, qaldırdığım problemlər doğrudur, lakin yenə də kobudluğunu davam etdirdi. Mən də soruşdum ki, bu problemlərdən xəbəriniz varsa, niyə səsinizi çıxartmamısınız? Bu günə kimi sizin səsinizi eşitməmişəm. Kimdən qorxursunuz? Niyə cəsarətiniz yoxdur?”.
MİA.AZ
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR