Daha 19 sahibkarlıq subyekti rezident statusu alıb

img

29-08-2023 [17:31]


Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 19 sahibkarlıq subyektinə rezident statusu verilib.

Mia.az Agentliyə istinadən xəbər verir ki, həmin rezidentlər ümumilikdə 244 milyon manatdan artıq investisiyanın yatırılmasını, 1 500-dən çox iş yerinin yaradılmasını planlaşdırır.

İndiyə qədər isə sənaye zonalarında 134 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 68-i fəaliyyətə başlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq