Nəsimi rayonunda “Heydər Əliyev və təhsil” adlı tədbir keçirilib - FOTOLAR
29-08-2023 [12:01]
Nəsimi rayonunda “Heydər Əliyev və təhsil” adlı tədbir keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, YAP Nəsimi rayon təşkilatının əməkdaşları, Ağsaqqallar Şurasının, İctimai Şuranın, rayon Bələdiyyəsinin üzvləri, rayonda fəaliyyət göstərən təhsil müəsisələrinin nümayəndələri, 2022/2023-cü tədris ilində yüksək bal toplamış məzunlar, valideyinləri və rayon ictimaiyyəti iştirak etmişlər.
Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, sonra “Heydər Əliyev və təhsil” mövzusunda hazırlanmış video-çarx nümayiş olunub.
Heydər Əliyev ili çərçivəsində rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda 2022/2023-cü tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ali məktəblərə qəbul imtahanlarının uğurla başa çatdığını qeyd edərək tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasəti real şəkildə özünün müsbət təzahürünü göstərib. Azərbaycan müstəqillik qazandıqdan sоnra təhsilimizin milli əsaslar üzərində yenidən qurulması, əsl inkişafa qоvuşması da məhz Heydər Əliyev dühası sayəsində gerçəkləşib.
Ümummilli Liderin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır. Son illərdə ölkədə yeni məktəb binalarının tikintisi və köhnələrin əsaslı təmiri böyük vüsət almışdır.
Eyni zamanda, ölkəmizdə təhsil infrastrukturunun yenilənməsinə Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da öz töhfəsini verir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond tərəfindən reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub və yaxud əsaslı şəkildə yenidən qurulub.
O cümlədən, Nəsimi rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti daim diqqət mərkəzində saxlanılır. Rayonda 8 ali, 2 orta ixtisas, 24 tam orta məktəb, 4 özəl təhsil müəssisəsi, 4 türk liseyi, 1 xüsusi məktəb, 2 musiqi məktəbi və 33 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
2022/2023-cü tədris ilində rayonun orta məktəblərini 2308 nəfər şagird bitirmişdir. Cari ildə 3399 nəfər şagird birinci sinifə qəbul olunmuşdur. Rayonda 2683 nəfər təhsil işçisi fəaliyyət göstərir.
Qəbul imtahanlarında abituriyentlərdən 68 nəfəri 600-dən, 25 nəfəri isə 650-dən çox bal toplamışdır. 2022/2023-cü təhsil ilinin yekunlarına görə Nəsimi rayonu üzrə 15 məzun qızıl ,11 məzun gümüş nişana layiq görülmüşdür.
Respublika fənn olimpiadasında Nəsimi rayonu üzrə 2022-2023-cü tədris ilinin yekunlarına görə 7 şagird uğur qazanmışdır . Onlardan 1 nəfəri 247 N-li tam orta məktəbin X sinif şagirdi Coğrafiya fənni üzrə I yer, 1 nəfəri Texniki Humanitar Liseyin XI sinif şagirdi Biologiya fənni üzrə II yer, 2 nəfəri 240 N-li tam orta məktəbin XI sinif şagirdləri Tarix fənni üzrə II yer, Riyaziyyat fənni üzrə III yer, 1 nəfəri 5 N-li tam orta məktəbin X sinif şagirdi İnformatika fənni üzrə III yer, 2 nəfəri Elitar Gimnaziyanın VIII, IX sinif şagirdləri Coğrafiya və Tarix fənnləri üzrə III yerə layiq görülmüşlər.
Tədbirdə iştirak edən məktəb rəhbərləri, məzunları, şagirdləri, valideyinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Daha sonra RİH tərəfindən qəbul imtahanlarında yüksək nəticələr göstərmiş, qızıl və gümüş nişana layiq görülmüş məzunlara qiymətli hədiyyələr, həmçinin təhsildə fərqlənən və rayon ərazisində yaşayan sosial qayğıya ehiyacı olan ailələrdən olan 500 nəfərdən artıq şagirdə məktəbli forması təqdim edilmişdir.
Sonda 2 nömrəli və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin müxtəlif musiqi nömrələri tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.
MİA.AZ
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR