Baş məşqçinin oğlunu təhqir edən blogerin sosial media hesabını bağlandı

img

29-08-2023 [10:34]


Sosial media hesabından canlı yayımda "Qalatasaray"ın baş məşqçisi Okan Burukun oğlu Ali Yiğit Buruku aşağılayan sosial media fenomeni Yaren Çakarın bu hərəkəti ona baha başa gəlib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onun Okan Burukun oğlu Ali Yiğit Burukun fotolarını paylaşaraq "Çox çirkindir" deyə təhqr eləməsindən sonra "Qalatasaray"ın azarkeşləri kütləvi şəkildə onun səhifəsndən şikayətləniblər. 

Nəticədə Çakarın sosial media hesabı “Bu kanal İcma Siyasətlərini və ya Xidmət Şərtlərini pozduğu üçün müvəqqəti olaraq əlçatmazdır”, - xəbərdarlığı ilə bağlanıb.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR