Gürcüstan aviaşirkəti Azərbaycana uçuşlara başlayır

img

25-08-2023 [16:00]


Gürcüstan “Geosky” aviaşirkətinin törəməsi - “Georgian Wings" beynəlxalq uçuşlara başlamağa hazırlaşır, onun ilk istiqaməti Azərbaycan olacaq.

Bu barədə aviaşirkət məlumat yayıb.

Bildirilir ki, sentyabrın 6-dan Tbilisi-Bakı-Tbilisi istiqamətində aviareyslər yerinə yetiriləcək. Uçuşlar həftədə üç dəfə - çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək. Amma biletlər hələ satışa çıxarılmayıb.

İndiyə qədər Tbilisi-Batumi-Tbilisi marşrutu ilə həftədə 12 dəfə uçuşlar həyata keçirən “Georgian Wings” bu günlərdə 70 sərnişin tutumlu, İtaliya-Fransa istehsalı olan ATR-72 markalı təyyarə alıb. Bu da aviaşirkətə parkını böyütməklə daxili reyslərdən beynəlxalq reyslərə keçməyə imkan verəcək(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq