NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN REALLAŞAN HƏDƏFLƏRİ: ELMİ POTENSİAL VƏ TƏDRİS PERSPEKTİVLƏRİ
24-08-2023 [22:34]
Cavadxan Qasımov,
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
***
Yeni inkişaf mərhələsində Naxçıvan Dövlət Universiteti daha səmərəli hədəflər müəyyən etmiş, həmin hədəflərə gedən yolda daha etibarlı addımlar atmış və məhsuldar nəticələr üçün olduqca qətiyyətli dinamika əldə etmişdir.
Tədris proseslərinin daha çox keyfiyyət üstünlüklərinin aktuallaşmış olduğu bu mərhələdə universitetimiz həm də, güvənilir elmi araşdırma statusu ilə tələbə və müəllim heyətinin yanında olmuşdur. Təbii olaraq, bütün bunlar isə, bir-birini əvəz edən tədris illərində abituriyentlərimizin, həm də, yüksək bal toplamış olan övladlarımızın istinad yeri, etibarlılıq ünvanı və gələcəyinin işığı olaraq baxdığı zirvədə məhz Naxçıvan Dövlət Universitetinin qərarlaşmasına təminat yaratmışdır.
Olduqca sevindirici haldır ki, artıq yeni başlamaq üzrə olan ixtisas seçimlərində də yüksək bal toplayan abituriyentlərimiz haqlı olaraq, Naxçıvan Dövlət Universitetinə doğru addımlamaqdadırlar.
Bu abituriyentlərdən:
- 657 bal toplamış İnci Fərəcova (Tibb ixtisası, tədrisi ingilis dilində),
- 638 bal toplamış Kəmalə Həsənova (Tibb ixtisası, tədrisi ingilis dilində),
- 634 bal toplamış Aytac Əsgərova (Kompüter mühəndisliyi, tədrisi ingilis dilində),
- 628 bal toplamış İnci Rzazadə (Hüquqşünaslıq),
- 621 bal toplamış Röya Babayeva (Hüquqşünaslıq),
- 614 bal toplamış Yusif Mirzəzadə (Hüquqşünaslıq),
- 609 bal toplamış Aysun Səfərli (İqtisadiyyat, tədrisi ingilis dilində) kimi gənclərimizin adlarını qürurlar çəkmək olar.
Təbii olaraq, bunlar son deyil. Yaxın günlərdə, yüksək bal toplamış olan daha neçə-neçə abituriyentlərimizin adları ilə qürur duyacağıq.
Artıq üç ildir ki, Naxçıvan Dövlət Universiteti, "ərazinin kiçik olması ilə böyük ideyaların müəllifi olmaq çətindir" düşüncəsinin heç bir reallıq olmadığını sübut etmişdir. Dünyaya çıxmaq, beynəlxalq miqyasda elmi yeniliklərə inteqrasiya etmək, bu reallıq üzrə ixtisaslaşmaq və dünya elminin mütəxəssisi olmaq etibarı ilə tanınmaq, qəbul olunmaq, hesablaşmaq kimi həqiqətlər məhz Naxçıvan Dövlət Universitetinin son illərdəki strateji fəaliyyət proqramına aid olunmaqdadır.
Eyni zamanda, Naxçıvan Dövlət Universitetində bu dəyərlər əsasında elmin də, tədrisin də, inteqrasiyanın da dünya dili üzrə təşəkkülünə həm zəmin açılmışdır, həm təsisatlar yaradılmışdır, həm də, bu sahədə, uzunmüddətli perspektivlər vəd edənnəticələr əldə olunmaqdadır. Belə ki, ali məktəbimiz, yeni nəslin savadlanması üçün dünyanın elm sahəsi üzrə çağırışlarını da nəzərə almış və bakalavr təhsil səviyyəsi üzrə:
- İqtisadiyyat,
- Tibb,
- Beynəlxalq Münasibətlər,
- Kompüter mühəndisliyi, magistratura təhsil səviyyəsi üzrə isə İqtisadiyyatın tənzimlənməsi ixtisaslarında ingilis dilində tədris imkanları yaratmışdır.
Bütün bunlarla yanaşı, Naxçıvan Dövlət Universiteti geridə qalan tədris ilində əldə etmiş olduğu potensialla yeni tədris ilinə daha mütərəqqi göstəricilərlə addımlamaqdadır. Bu, hər bir abituriyentin, hər bir tələbənin, hər bir məzunun, hər bir mütəxəssisin və ən başlıcası hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir.
Artıq ali məktəbimizin uğurları gündəlik xarakterə malik olub, hər birimiz üçün sonsuz qürur mənbəyinə çevrilməkdədir. Cəmiyyətimiz üçün yalnız humanizm dəyərlərinin ifadəsinə və bəyanına yer vermiş olan Naxçıvan Dövlət Universiteti hədəflərinə doğru inamla addımlamaqdadır. Olduqca sevindirici haldırki, artıq 2022-2023-cü tədris ilində ali məktbimiz çoxistiqamətli tədris təsisatlarının yaradılması sahəsində mühüm mərhələni keçmiş, zəruri mexanizmlər və potensial yarada bilmişdir. 110 hektarlıq ərazisində (hazırda yeni strukturlaşma ilə bu, daha da artmaqdadır) modern ali təhsil şəbəkəsinin müasir keyfiyyət mərhələsini təşkil edən Naxçıvan Dövlət Universiteti daha etibarlı infrastruktur təşkilatlanması həyata keçirməkdədir.
Təbii olaraq, bütün bu kimi yeniliklər, qüdrətli dövlətimiz tərəfindən gündəlik qayğı ilə əhatə olunub, buna görə də, özünün elmi, texniki, maddi və sosial mahiyyətinə görə daha da aktualdır. Eyni zamanda, bu tədbirlər, cəmiyyət üzvlərinin işıqlı gələcəyi üçün hesablanıb və onun hər bir üzvünün maraqlarını və mənafeyini dolğun şəkildə olmaqla, ifadə etməkdədir.
Ali məktəbimizin yeni 2023-2024-cü tədris ilində daha əlçatan, daha müasir, daha perspektivli hədəfləri reallaşmış olacaq:
- dünya şöhrətli mütəxəssislərin tədris proseslərinə dəvət olunması;
- tədris proseslərinin daha mütərəqqi əsaslarla qurulması;
- daha mütərəqqi layihələrin həyata keçirilməsi;
- universitet ərazisində yeni strukturlaşmanın tənzimlənməsi;
- müxtəlif mərhələlər üzrə tədris proseslərinin və ixtisaslaşmanın nizama salınması;
- milli təhsilimizin ikişafı sahəsində hərəkətverici təsirə malik olmaq;
- sosial dayanıqlılığın daha da etibarlı qaydada təşəkkül tapmasına təkan olmaq və digər zəruri amillər Naxçıvan Dövlət Universitetinin yeni uğurlarına aid olacaq.
Artıq ali məktəbimizin bu hədəfləri gerçək olmaqdadır. Naxçıvan Musiqi Kollecinin, Naxçıvan Dövlət Texniki Kollecin, Naxçıvan Tibb Kollecinin ali məktəbimizin tabeliyinə verilməsi və digər təşkilatlanmalar Naxçıvan Dövlət Universitetinin ölkəmizin yeni tədris perspektivlərində daha da etibarlılığını göstərməkdədir.
Bütün bunların davamı olaraq, 100-ə qədər patent və ixtiraların müəllifi, LCD monitorların yaradıcılarından, süni intellekt üzrə dünyaca məşhur Yapon alimi, professor Xəlil Kələntər, professor Cengiz Ara, professor İlyas Yolbaş, professor Erkut Attar, tibb elmləri doktoru Müşviq Həsənov, dos.dr.
Mehmet Başaran və başqa görkəmli elm adamları yeni keyfiyyət mərhələsində Naxçıvan Dövlət Universitetinin səsinə səs verəcəklər.
Bəhs olunanlarla yanaşı, gündəlik qeydiyyat nəticələrinə diqqət etdikdə, yüksək bal toplayan abituriyentlərin seçimi olaraq da Naxçıvan Dövlət Universitetinin hədəf tutmalarının bir daha şahidləri olmaqdayıq.
Yeni ardıcıllıqda:
- 642 bal toplayaraq, Tibb (tədrisi ingilis dilində) ixtisasına qəbul olan Nəsibə Əzizova;
- 608 bal toplayaraq, hüquqşünaslıq ixtisasına qəbul olan Lamiyə Əlisoy;
- 607 bal toplayaraq, kompüter mühəndisliyi (tədrisi ingilis dilində) ixtisasına qəbul olan Aysel Bağırova;
- 607 bal toplayaraq, Tibb (tədrisi ingilis dilində) ixtisasına qəbul olan Aysu Rzayeva;
- 604 bal toplayaraq, Stomatologiya ixtisasına qəbul olan Şərəf Zeynalova;
- 603 bal toplayaraq, Tibb (tədrisi ingilis dilində) ixtisasına qəbul olan Səriyyə Hüseynli;
- 601 bal toplayaraq, Stomatologiya ixtisasına qəbul olan Candaş Məmmədsoy və başqa abituriyentlərimiz hər birimiz üçün qürur gətirmişdir.
Ali məktəbimizin yeni 2023-2024-cü tədris ilinə addımladığı hazırkı mərhələdə mövcud potensiala daha yeni nailiyyətlər əlavə olunmuşdur. Olduqca qürurvericidir ki, artıq universitetimizin adının dünya ali təhsil şəbəkəsinə daxil olmasında təcrübəli mütəxəssisələrimizlə yanaşı, eyni zamanda, tələbələrimizin də adlarını görməkdəyik. Buna gerçək misal olaraq, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Tibb ixtisası üzrə III kurs tələbəsi Əli Ələkbərli, Çinin Chongqing şəhərində baş tutan “2023 Belt and Road International Undergraduate Forum for Basic Innovative Experiment Design in Medical Science“ forumunda II yerin sahibi olaraq, gümüş medalla mükafatlandırılıb.
Beləliklə, Naxçıvan Dövlət Universiteti, yeni tədris ilində Texnoparkla müşayiət olunan tədris ilində bizlərə, dostlara, elmi və pedaqoji mühitin daşıyıcılarına daha böyük iftixar yaşadacaq. Dövlət başçımızın 5 iyun 2023-cü il tarixində təsdiq etmiş olduğu 2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət proqramına müvafiq olaraq, çevik şəkildə olmaqla, tədbirlər həyata keçirilmiş və bununla da, Naxçıvan Dövlət Universitetinin ingilisdilli Beynəlxalq məktəbi istifadəyə hazır olmuşdur. Bu, hər şeydən əvvəl universitetin davamlı inkişaf strategiyasına dövlət dəstəyinin əyani ifadəsi olmaqdadır.
MİA.AZ
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub