Kremldaxili hesablaşma və ya Priqojinin müəmmalı ölümünün pərdəarxası... - TƏHLİL
24-08-2023 [15:31]
“Vaqner” muzdlularının rəhbəri Yevgeni Priqojin 23 avqust axşam saatlarında səs-küylü və müəmmalı şəkildə öldü.
Onun olduğu təyyarə Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətinin Kujenkino kəndi yaxınlığında partladı. Təyyarədəki 6 sərnişin və 3 ekipaj üzvünün hamısının öldüyü bildirilir.
Təyyarə qəzası, yoxsa HHM-dən atəş?
Hadisə ilə bağlı iki nüans diqqət çəkir:
1. Təyyarədə Priqojinin “sağ əli” Dmitri Utkin və qruplaşmanın komandanlığında yer alan digərlər şəxslərin olması;
2. “Embrayer” təyyarəsinin hava hücumundan müdafiə sistemindən açılan atəşlə vurulması iddiası;
Dmitri Utkin və qruplaşmanın komandanlığında yer alan digərlər şəxslərin də hadisə zamanı həyatını itirməsi bunun sadə təyyarə qəzası olmadığını deməyə əsas verir. Bundan başqa, təyyarənin HHM-lə vurulması iddiasını “Vaqner”ə yaxın “Gray Zone” kanalı yayıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi də bu haqda informasiya sızdırıb, lakin əsas diqqətçəkən məlumat “Flightradar24” uçuş izləmə xidmətinin hesabatıdır.
Hesabatda deyilir ki, Priqojinə məxsus “Embraer Legacy 600” təyyarəsi 8 kilometrdən çox qalxıb, bundan sonra sürətlə hündürlüyünü itirməyə başlayıb. “Flightradar24” uçuş hündürlüyündəki dəyişiklikləri və təyyarənin sürətini izləyə bilib. Belə ki, biznes-jet Moskva vaxtı ilə saat 18:10-da 8,5 kilometr hündürlüyə qalxıb. Yerdən bu məsafədə saat 18:19-a qədər uçduğu deyilir. Daha sonra təyyarə kəskin şəkildə maksimum 9,2 kilometr yüksəkliyə qalxıb, bir müddət sonra isə altı kilometrə düşüb. Saat 18:20-dən sonra nəqliyyat məlumat ötürülməsini dayandırıb.
Təyyarənin öncə kəskin şəkildə maksimum 9,2 kilometr yüksəkliyə qalxıb, bir müddət sonra isə 6 kilometrə düşməsi və 18:20-dən sonra izləmənin itməsi onun vurulduğunu sübut edir. Görünür, təyyarə hücumdan yayınmağa çalışsa da, buna nail ola bilməyib.
Kremldaxili hesablaşma
Priqojinin təyyarəsinin vurulması əmrinin kim tərəfindən gəldiyi sualı hazırda müzakirə edilir.
Rusiya Prezidenti Vladimir Putinin illər əvvəl verdiyi müsahibədə xəyanəti bağışlamayacağını deməsi məlum hadisədən sonra tirajlanmağa başlandı. Yəni dolayı yolla Priqojinin Putinin əmri ilə öldürüldüyünə eyham vuruldu.
Bu eyhamı vuranlar daha çox Priqojinin “qiyamına” diqqət çəkərək Putinin məhz indi ondan intiqam aldığını düşünür. Əslində isə Yevgeni Priqojinin qiyamı şoudan başqa bir şey deyildi.
Putin prosesi “nəzarətli xaos” planı üzrə icra edirdi. Məqsəd Kremldaxili əks qüvvələri müəyyən edib, tədricən aradan götürmək idi. Təsadüfi deyil ki, Priqojinin qiyamından bir müddət sonra Rusiya xüsusi xidmət orqanlarının bir sıra nümayəndələri Baş Qərargah rəisi Valeri Gerasimov və müdafiə naziri Sergey Şoyqunun istefaya göndərilməsini tələb etməyə başladılar. Hətta onlar “Vaqner” rəhbəri Yevgeni Priqojinin tələblərini dəstəkləyib, Ukraynada daha aqressiv müharibə aparmağı, ölkədə hərbi vəziyyət və irimiqyaslı səfərbərlik elan edilməsini istədiklərini bildirmişdilər. Lakin görünən odur ki, Gerasimov və Şoyqu Priqojini qabaqladılar.
“Vaqner” qiyamından sonra Priqojinə yaxın Rusiya Aerokosmik Qüvvələrinin komandanı general-polkovnik Sergey Surovikin dindirildi və yoxa çıxdı. Məlumat üçün deyim ki, 1 avqust 2015-ci il tarixində Rusiya Müdafiə Nazirliyinin tövsiyəsi ilə Rusiya Hərbi Hava Qüvvələri və Rusiya Aerokosmik Müdafiə Qüvvələri birləşib. Rusiya Hərbi Hava Qüvvələrinin balansına həm də Rusiya hava hücumundan müdafiə sistemləri də daxildir.
Nəticə etibarilə Priqojinə yaxın olan Surovikinin yoxa çıxması və “Vaqner” rəhbərinin olduğu təyyarənin hava hücumundan müdafiə sistemindən açılan atəşlə vurulması təsadüf deyil.
Qərbin əli
Priqojinin ölümü təkcə Kremldaxili çəkişmə kimi qiymətləndirilə bilməz. Çünki onun ölümündə Gerasimov və Şoyqu qədər Qərb də maraqlıdır.
ABŞ Prezidenti Co Bayden “Vaqner”in rəhbərinin ölümü haqda bunları deyib: “Mən dəqiq nə baş verdiyini bilmirəm, ancaq təəccüblənmədim. Rusiyada Putinin arxasında olmadığı çox az hadisə baş verir. Amma dəqiq bilmirəm”.
Baydenin açıqlaması diqqət çəkir. O, prezident seçildikdən sonra ABŞ-ın Federal Təhqiqatlar Bürosu Priqojinlə bağlı axtarış elan etdi və həbsinə yardım edənə 250 min dollar mükafat vəd verdi.
“Qiyam şousu”ndan sonra Belarusa köçürülən “Vaqner”in Afrikada aktivləşdiyi müşahidə edilir. Diqqətçəkən məqam isə Priqojinin ölümündən əvvəl Afrikada olması və sonuncu videomüraciətinin “Afrikanı xilas edirik” məzmununda olmasıdır.
Qərb ölkələrinin Afrikada nüfuz savaşında zəifləməsi fonunda Rusiyanın güclənməsi həm ABŞ, həm də Qərbi narahat edirdi. Bütün bu prosesin başında isə Priqojin dayanırdı.
Afrikada mübarizənin qaynar mərhələyə keçdiyi ərəfədə qitədə kifayət qədər təsirə malik “Vanqer” rəhbərinin ölməsi həm də ondan xəbər verir ki, prosesin pərdəarxasında ABŞ və Qərb də dayana bilər.
Turan Rzayev
MİA.AZ
BMT Baş katibindən ABŞ-ın Venesuelanı mühasirəyə almasına - Reaksiya
İsrail tarixinin ən böyük qaz anlaşmasını müsəlman ölkəsiylə imzaladı: 35 milyard dollarlıq - Netanyahu növbəti sürpriz vəd edir
"Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir" - Aparıcıların efirə seksual geyimlə çıxmalarına etiraz böyüyür (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı
Qərbi Kaspi Universitetinin dövlətə borcu 5 dəfə artıb
Putin generallarla görüşdə niyyətini açıqladı: "Rusiya tarixi ərazilərinin hərbi yolla azad edəcək"
Rövşən Nəcəf Qətərə yollanıb
Sahibə Qafarova Aİ rəsmisi ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Kənan Yıldız "Yuventus"dan ayrılır? - İki klub danışıqlara başlayıb
Türkiyə futbolunda daha bir yenilik - Transfer müddəti dəyişib
BMT: "Qəzzaya təcili humanitar yardım çatdırılmalıdır"
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha bir AXCP funksioneri saxlanılıb?
Əli Əsədov ikili diplom proqramı barədə sərəncam imzalayıb - CƏDVƏL
Sabiq nazirin qızı üzr istədi - Açıqlama
"Açıq ürək əməliyyatı olmalıyam, sabaha ümidim yoxdur, buraxacaqsınızsa..." - Sabiq məmur məhkəmədə
"MTV" kanalına ciddi xəbərdarlıq olunub
Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub
Rəsmi Tehran ABŞ-a çağırış etdi: "Əgər bizə zərbə olsa, o zaman..."
"Nə qədər yaramaz və şərəfsiz olasan ki..." - Musa Musayev yazır
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib - XİN-də görüş olub
MEDİA-nın Müşahidə Şurası iclası keçirib - FOTO
Polis əməliyyatı: 3 nəfər 47 kq narkotiklə tutulub
ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır - Tramp qərar verdi, Karakas və BMT-dən xəbərdarlıq gecikmədi
BOKT-un vəzifəli şəxsləri cərimələnib
QƏBULA HARAM QATANLAR KİMLƏR OLUB? - DİM buraxılış və yaz qəbul imtahanlarında dələduzluq edənlər barədə elə faktları açıqladı ki...
Prezident İlham Əliyev BƏƏ-də - FOTOLAR (Yneilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov generalı Levent Ergünü qəbul edib - Açıqlama
DÇ-2026: FIFA oyunlara 60 dollarlıq biletləri satışa çıxardı
Maliyyə Nazirliyi ofis icarəyə götürəcək - 1.2 milyona
Tramp daha 5 ölkəyə səyahət qadağası qoydu - Səbəb + SİYAHI
Axtarışda olan Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb
Naxçıvanlılar Biləsuvar gömrük postundan niyə buraxılmır? - VİDEO