Niderlandda Rəsulzadənin əksi olan marka - Açıqlama (FOTO)

img

28-05-2014 [23:08]


Xaricdə yaşayan azərbaycanlılar tərəfindən yaradılan və Avropada fəaliyyət göstərən Demokratik Azərbaycan Hərəkatı 28 may Respublika günü və Məmməd Əmin Rəsulzadənin 130 illiyi ilə bağlı maraqlı aksiya həyata keçirib.

 Mia.az-a daxil olan məlumata görə, qurumun sifarişilə üzərində Məmməd Əmin Rəsulzadənin əksi və Azərbaycan bayrağı əks olunan poçt markaları Nederlandda satışa buraxılıb.

 Bununla bağlı DAH nümayəndəsi Fikrət Hüseynli bildirib ki, markalar Demokratik Azərbaycan Hərəkatının qərarı ilə bir müddət öncə rəsmi olaraq sifariş edilib. Markaların çapından sonra Nederlandın əsas poçt daşıma şirkəti olan PostNL şirkəti tərəfindən  məhz 28 may da, Respublika günün də bütün krallıq ərazisində satışa buraxılıb. Birinin qiyməti 1 avro olan markalar artıq bütün Nederland Krallığı ərazisində satışdadır. Fikərt Hüseynli onu da bildirdi ki, markalar təkcə Nederland daxili yox, həm də dünyanın hər yerindən istifadə oluna bilər. Bununla bağlı Nederland Krallığının aidiyyatı dövlət qurumları və beynəlxalq poçtdaşıma şirkətlərilə razılaşma əldə edilib. Poçt daşıma şirkəti isə Azərbaycanın Respublika gününə hədiyyə olaraq markalardan bir neçəsini 28 may günü Demokratik Azərbaycan Hərakatının nümayəndələri Eldəniz Yusibov, Fikrət Hüseynli, Əsəd Qasımov, Rəşad Sadıqov, Sabir Buqadov və digərlərinə təqdim edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA