Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
24-08-2023 [00:02]
Qoç - hadisələrin axarına süni təsir etməyin. Məcra sizi gözlənilməyən yerə ata bilər. Durumdan şikayətlənməyə dəyməz. Aktiv olun. Gün maraqlı, qeyri-adidir. Ruhdan düşməyn, situasiyadan faydalanmağa çalışın.
Günün ikinci yarısında sərt davranmayın, səbəbsiz aqressivlik etməyin. Yaxın ətrafınızdakı insanların sizində bağlı fikirləri və mövqeləri dəyişə bilər. Qeyri-adi tanışlıq, romantiki təmaslar istisna deyil.
Buğa - peşəkar fəaliyyət sahəsi və maliyyə məsələlərində problem yarana bilər. Situasiya ağırlaşır, proseslər kəskinləşir. Məqsədə çatmaq üçün planlarda ciddi dəyişikliklər etmək gərəkdir. İndiyədək yalnız bədlik gözlədiyiniz insan sizə yardım edə bilər.
Günün ikinci yarısında etiraflar, diqqət izharları istisan deyil. Rəğbət bəsləmədiyiniz insanlar sizinlə əlaqələr qurmağa çalışırlar. Onların təkliflərini çox incə şəkildə rədd edin. Əks təqdirdə yeni düşmənlər qazana bilərsiniz.
Əkizlər - hər hansı formada risk və ya avantüra yolverilməzdir. Macəralar və ekstremal əyləncələr arzulasanız da, daha təhlükəsiz, normal işlərlə məşğul olun. Səfərə günün ilk yarısında yollanın. Sükan arxasında 2 saatdan artıq vaxt keçirməyə dəyməz.
Günün ikinci yarısında şəxsi münasibətlərlə bağlı mühüm qərar qəbul etməyin. Planlarınızı kimsəyə açıqlamayın. Saatlar keçdikcə mövqelərinizdə dəyişikliklər olacaq. Etiraflar naqolay və absurd situasiyalara səbəb ola bilər.
Xərçəng - ekstravaqant, qeyri-adi addımlar atmaq və qərarlar vermək olar. Qarşınıza qoyduğunuz məqsədə bu minvalla çata bilərsiniz. Tanışlıqlar maraqlı olsalar da, perspektivsizdir. Yeni başlayan münasibətlər ciddi olmayacaq.
Günün ikinci yarısında alış-verişlə bağlı dəqiq planlar yoxdursa, bədxərclik etməyə dəyməz. Sizə əsla lazım olmayan əşyalara pul xərcləməyin. Əyləncə və istirahət istəyi sizi dürüst yoldan sapdırmasın.
Şir - günün ilk yarısı bir o qədər də məhsuldar deyil. Qəhrəmanlıq etməyə çalışmayın. Siz Supermen deyilsiniz. Müsbət təmayüllərin təsiri artacaq, gün daha maraqlı olacaq. Önəm verdiyiniz insanlarla qarşılaşacaqsınız. Onlarla münasibətlərdə irəliləyişlər ola bilər.
Günün ikinci yarısında xoş romantik sürprizlər ola bilər. Son vaxtlar yaranan və sizi narahat edən məsələləri sevdiyiniz insanla müzakirə edə bilərsiniz.
Qız - günün ilk yarısında süst və astagəl olmayın. Təcili həll tələb edən problemin çözülməsini təxirə salmayın. İşlərin ertələnməsi sonradan müşküllərin əsasını qoyacaq. Diqqətli olun. Səhv riski artır. Cari problemlərlə yanaşı, qeyri-adi və mühüm işlərin də öhdəsindən gəlməyə can atın.
Günün ikinci yarısında yaşam tonusunuzun səviyyəsi yüksək olacaq. Bir qədər əvvəl başladığınız və yarımçıq qoyduğunuz işi bitirin. Axşam saatlarında səfər və ya romantik səyahət pis nəticə verməyəcək. Fəal olun.
Tərəzi - günün ilk yarısı müzakirələr, diskussiyalar, sövdələşmə və anlaşmalar üçün əlverişlidir. Maliyyə işlərində cəsarətli olun. Risk etsəniz, peşman olmazsınız. İş və biznes, köç və ya fəaliyyət sahəsinin dəyişdirilməsi ilə bağlı problemləri həll etmək mümkündür.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri şəxsi münasibətlərdə daha qabarıq olacaq. Özünüzü bəxtəvər hesab edəcəksiniz. Axşam saatları sevdiyiniz insanla ünsiyyət üçün əlverişlidir.
Əqrəb - yaxşı, xoş gündür. Mühüm olaylar və ciddi dəyişikliklər olmasa da, irəliləyiş istisna deyil. Bədbinliyə qapılmayın. Baş verənlərə rəğmən məqsədə çatmaq üçün yolunuzdan sapmayın. Yaxın ətrafınızdakı insanlar sizə can atırlar. Günün ikinci yarısında çalışacağınız insanları müəyyənləşdirin.
Əhvalınız pis olmayacaq. Buna rəğmən enerji qıtlığı və ya yorğunluq hiss edə bilərsiniz. İstənilən işdə sonuca nail ola bilərsiniz. Dəf olunmayacaq çətinliklər yaranmayacaq.
Oxatan - istənilən problemin həllinə başlamaq üçün əlverişli zamandır. Təmaslarda xüsusilə diqqətli olun. Yaxın ətrafınızdakı insanları hiss etməyə, onların planlarını təxminləməyə səy göstərin. Qəfil təkliflər ola bilər.
Günün ikinci yarısında maraqlı və perspektiv işlə məşğul olmaq şansı yaranır.
Maliyyə fonu uğursuzdur. Yaranan suallara doğru cavab tapmaq çətindir. Narahat olmayın, məsləhət ala biləcəyiniz insanlar var. Onlara qulaq assanız səhvlərdən qurtula bilərsiniz.
Oğlaq - əvvəllər başladığınız işləri günün ilk yarısında başa vurun. Asan, rəvan zaman deyil. Buna rəğmən dəyərli təcrübə və qiymətli biliklər əxz edə bilərsiniz. Bir zamanlar xətrinizə dəyən, işlərinizə maneələr yaradan, yaxud da sizi əzab çəkməyə vadar edən insanla qarşılaşacaqsınız. Bağışlamağı bacarın. Münasibətləri bərpa edə bilərsiniz. Təbii ki, bunu istəsəniz.
Günün ikinci yarısı o qədər də uğurlu deyil. Buna rəğmən ciddi problemlər yaranmayacaq. Ehtiyatlı olun, sayıq davranın. Kiçik travmalar riski var. Səhhətinizə fikir verin.
Dolça - günün ilk yarısında ehtiyatlı və diqqətli olun. İndi səhv etmək riski çoxdur. Yanlışlıqlar və risklərin fəsadlarının aradan qaldırılması üçün böyük səylər gərək olacaq. Yalnız tam inandığınız, etibar etdiyiniz insanlar olarsa, yeni işlərə başlamaq olar.
Günün ikinci yarısında səhhətinizdə kiçik problemlər yarana bilər. Tam fiziki və emosional yorğunluq hiss etməmək üçün ağır işlərə başlamayın. Bir müddət sonra enerji potensialınızın səviyyəsi arta bilər. Axşam saatlarında özünüzü daha yaxşı hiss edə bilərsiniz.
Balıqlar - xoş, rəvan, məhsuldar gündür. Yeni işə başlamaq və problemləri həll etmək istəyirsinizsə, aktiv olun. Bu gün çox işlərin öhdəsindən gələ bilərsiniz. Qeyri-standart həllər tələb edən məsələlərdə fəal olun. İntuisiyanıza güvənin. Günün ikinci yarısında bildiyiniz kimi hərəkət edin. Yaxın ətrafınızdakı insanları təəccübləndirə bilərsiniz. Hadisələrin inkişaf məcrası dürüst yol tutduğunuzu göstərəcək.
Emosional fon stabildir. Əhvalınız pis deyil. Sevdiyiniz insanları sevindirmək və təəccübləndirmək şansını əldən verməyin. Alış-veriş etmək olar. Ekvstravaqant geyim və yaxud əşya almaq olar.
Milli.Az
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub