Azərbaycanla Özbəkistan arasında Yol Xəritəsi imzalanıb
22-08-2023 [13:09]
Azərbaycanın Energetika Nazirliyi ilə Özbəkistanın Energetika Nazirliyi arasında 2023-2025-ci illər üçün enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi imzalanıb.
Mia.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu Yol Xəritəsi Azərbaycan və Özbəkistan arasında enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədilə energetika naziri Pərviz Şahbazov və ölkəmizdə səfərdə olan Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında baş tutan görüş zamanı imzalanıb.
Məlumata görə, 14 istiqaməti əhatə edən Yol Xəritəsi hər iki ölkədə karbohidrogen resurslarının geoloji kəşfiyyatı və hasilatı, birgə müəssisələrin yaradılmasına dair əməkdaşlığı nəzərdə tutur.
Sənədə əsasən, Azərbaycan və Özbəkistan bərpa olunan enerji, enerji sektorunda islahatlar, enerji resurslarından səmərəli istifadə, enerji keçidi, dekarbonizasiya, hidrogen istehsalı ilə bağlı informasiya və təcrübə mübadiləsi üzrə də əməkdaşlıq edəcəklər. Həmçinin 2023-cü ilin 26 iyul tarixində “Özbəkistan Milli Elektrik Şəbəkəsi” SC ilə “Azərenerji” ASC arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq hər iki ölkənin sistem operatorları arasında əməkdaşlığın davam etdirilməsi də əsas fəaliyyət istiqamətlərindən biri kimi Yol Xəritəsində əks olunub.
Görüşdə dövlət başçılarının ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişafını və bütün sahələrdə möhkəmləndirilməsini əks etdirən strateji kursundan bəhs edilib, bu siyasətin enerji əməkdaşlığının inkişafında yeni səhifə açdığı bildirilib. Son dövrlərdə energetika sahəsində əməkdaşlıqla bağlı əldə edilmiş razılaşmaların icrası, bu çərçivədə İşçi qrupunun bu yaxınlarda Daşkənd şəhərində keçirilən iclası, hər iki ölkənin müvafiq nazirlikləri, eləcə də neft-qaz və elektrik enerjisi sahəsində fəaliyyət göstərən strukturları arasında müxtəlif layihələrlə əlaqədar aparılan müzakirələr müsbət məqamlar kimi qeyd edilib.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan-Özbəkistan çoxistiqamətli enerji əməkdaşlığı üçün geniş imkanlar və hər iki ölkə Liderləri tərəfindən bu potensialın reallaşmasını dəstəkləyən güclü siyasi iradə mövcuddur: “İnanırıq ki, birgə səmərəli fəaliyyətimiz yaxın iki il ərzində çoxsaylı enerji layihələrinin həyata keçirilməsi ilə nəticələnəcək”.
Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov da ölkələrimizin enerji sahəsində əməkdaşlığının yeni mərhələyə yüksəldiyini, bu xüsusda SOCAR və “Özbəkneftegaz” ASC-nin birgə fəaliyyətinin, həmçinin elektrik enerjisi, xüsusilə “yaşıl enerji” ilə bağlı perspektiv işbirliyinin enerji tərəfdaşlığının güclənməsinə töhfə verəcəyini vurğulayıb.
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR