Ekspert bu nazirlikləri "topa tutdu": "Çox böyük məsuliyyətsizlik olub və bunun necə baş verməsi suallar doğurur”
22-08-2023 [12:37]
“Mədəniyyət Nazirliyi öz strukturlarında işə qəbulla bağlı elan verib. Hansısa qurumlarda direktor, müavin, müəllim işləmək istəyənlərin fərdi məlumatlarını xarici bir resursda - jotform.com üzərindən olan qeydiyyat forması əsasında qəbul edir. Əlbəttə, bu resurs dayanıqlı ola bilər, hansısa özəl qurum və ya layihələr bundan sərbəst istifadə edə bilərlər. Amma dövlət qurumunun belə addımları yolverilməzdir. Gərək nazirlik öz internet resursu üzərindən normal, təhlükəsiz bir sistem formalaşdırsın və bunun informasiya təhlükəsizliyi ilə bağlı auditini təşkil etsin”.
Busözləri İnternet Forumun prezidenti Osman Gündüz deyib.
O bildirib ki, nazirlik belə addımları, bu sahəyə cavabdeh qurumların - RİNN-in Elektron Təhlükəsizlik Xidmətinin, dövlət sektorunda İT auditlər keçirən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nəzarətindən kənar, həm də çəkinmədən rahatca ata bilir :"Yeri gəlmişkən, fərdi məlumatların təhlükəsizliyinə cavabdeh olan RİNN-in ETX qurumuna da yeni təyinat olub. Güman edirəm ki, Mədəniyyət Nazirliyi hazırladığı “jotform” resursu ilə sahəyə cavabdeh olan ETX-nin yeni rəhbəri Samir Rəsulov üçün də təbrik sürprizi hazlrlayıb. Ümid edirəm, RİNN və XRİTDX baş verənlərin fərqindədir".
Xatırladaq ki, Elektron Təhlükəsizlik Xidməti ölkə Prezidentinin 12 yanvar 2018-ci il tarixli fərmanına əsasən yaradılıb. Xidmət kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə bu günlərdə yeni rəis təyin olunub. Bu vəzifə qurumun rəis müavini, indiyə qədər rəis vəzifəsini müvəqqəti icra edən Samir Rəsulova həvalə edilib.
O, rəhbərlikdə bir qədər əvvəl nazirliyin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyinat almış Şahin Əliyevi əvəzləyib.
Mia.az-ın məlumayına görə, Osman Gündüz “Yeni Müsavat”a deyib ki, baş verənlərin məsuliyyəti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin üzərindədir: “Bu xidmətlər özlərindən hoqqa çıxarmamalıdırlar. Qanunvericilikdə tələb var ki, Azərbaycan vətəndaşlarının informasiyaları qorunmalıdır. Qorunmaya cavabdeh bu iki qurumdur. Bu iki xidmət baş verənlərə reaksiya vermirlər. Sanki baş verənləri heç görməyiblər. Onların gözləri qarşısında mərkəzi icra orqanı olan nazirlik qanunu açıq-aşkar pozub. İT təhlükəsizliyi dövlət büdcəsindən böyük pullar alırlar, amma iş görmürlər”.
Osman Gündüz deyir ki, dövlət qurumlarına İT xərcləri üçün kifayət qədər vəsait ayrılır: “Həmin vəsait hesabına özlərinin daxili informasiya sistemini yaratmalıdırlar. Xaricdə yerləşən resursdan istifadə etməli deyillər. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti onun auditini keçirməlidir. Təhlükəsizliyini test edəndən sonra həmin resurs istifadəyə verilməlidir. Çox böyük məsuliyyətsizlik olub və bunun necə baş verməsi suallar doğurur”.
Osman Gündüz “müvafiq resursların yaradılması üçün dövlət büdcəsindən ayrılan vəsait hara xərclənir” sualına “bu məsələ mənə qaranlıqdır” deyə cavab verib.
Bildirib ki, ayrılan vəsaitdən səmərəli istifadə edilməməsi göz qabağındadır: “Dövlət büdcəsindən bu vəsait ayrılmırsa, bu xərclər üçün vəsait ayrılması üçün nazirlik müraciət etməlidir. Bu xərclərə vəsait ayrılmasa belə, gedib xarici resursdan istifadə etmək yolverilməzdir. Vətəndaşların şəxsi məlumatlarını xarici resurslarda yerləşdirilməsi onlardan digər məqsədlər üçün istifadəyə yol aça bilər”.
MİA.AZ
İki il əvvəl dağıntılar altında qalan 25 nəfərin cəsədi çıxarıldı - Biri jurnalistin meyitidir
"Fənərbağça"nın qolkiperi Polşaya gedir
Mərc oyunları ilə bağlı istintaq: 30 hakim "qara siyahı"ya alındı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənilər Bakıda hakim qarşısında
Zaxarova: "Biz ABŞ-ın Karib dənizindəki hərəkətlərini izləyirik"
Rusiya XİN: "Ukrayna böhranının həlli ilə bağlı ABŞ-la danışıqlarda irəliləyiş var"
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
Səfirin diplomu ilə bağlı qalmaqal - Diplomat saxlanıldı və...
BU MƏHKƏMƏLƏRƏ SƏDR VƏ HAKİMLƏR TƏYİN EDİLDİ - Sərəncam + SİYAHI
Azərbaycan vətəndaşı Qazaxıstanda həbs edilib
Prezident "Daxili qoşunlar haqqında" qanunu təsdiqləyib - Detallar
Həbs olunan aparıcının bacısı danışdı: "Arxasındayıq, ona güvənirik"
Jurnalist Barış Terkoğlu saxlanılıb
Rəsmi Moskva: "ABŞ-dan göndərilən sülh planını təhlil edirik"
Karen Avanesyana hökm oxunub
Ağdam şəhərinə 308 nəfər köçürülüb (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gələn il kommunal xidmətlər qalxacaq? - Açıqlama
Dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Səidə Bəkirqızı "Space TV" ilə yollarını ayırıb
"Xətaidə ağaclar gecə saatlarında yandırılaraq yox edilir" - Deputat sakinlərin problemlərini dinlədi və....
"Fənərbağça" prezidenti sərbəst buraxıldı - 2 saatlıq ifadə və 20 dəqiqəlik məhkəmə qərarı ilə
"Fənərbağça", "Beşiktaş" və "Antalyaspor" cəzalandırılacaq
"Yeni Malatyaspor" mövsüm bitmədən liqadan "yuvarlandı"
Oqtay Əsədovun qızı vəfat edib
Silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
PREZİDENT DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ - 5 illik
Bakıda beşmərtəbəli yataqxanada yanğın olub (Yenilənib)
Bibiheybət yolunda maşınların hərəkəti məhdudlaşdırılacaq - Açıqlama
"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)
Mərkəzi Bank: "Poblemli kreditlər artıb"
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
İsrail Livanın cənubuna bir maşıənı vurub
Eyyubov qardaşlarının dəbdəbəli biznesi – FOTO
Ankarada qəzaya uğrayan təyyarənin pilotunun son sözü nə olub? - Detallar açıqlanır
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?