Türkiyədə dolların məzənnəsi kəskin yüksələcək: "Əgər uçot dərəcəsi qaldırılmazsa..."

img

22-08-2023 [10:56]


Türkiyədə dolların məzənnəsi kəskin yüksələcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı ABŞ-ın iri banklarından olan "Sitibank" yayıb.

Bankın hesabatına görə, Türkiyə Mərkəzi Bankın ötən həftə sonu valyuta ilə qorunan əmanətləri azaltmaq üçün atdığı addımlardan sonra bu, qaçılmazdır.

"Citibank"ın təhlilinə görə, bunun nəticəsndə türk valyutası olan lirə dollarla ekvivalentdə 27 TL-dən 32 TL-yə yüksələcək.

Bank həmçinin vurğulayıb ki, Türkiyə Mərkəzi Bank bu cümə axşamı keçircəyi iclasında faiz dərəcələrini gözlənildiyi qədər artırmazsa, riskli vəziyyət yaranacaq: "Mərkəzi Bank cümə axşamı faiz dərəcələrini 17,5 faizdən 20 faizə qaldırmağa məcburdur".

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq