Erməni jurnalist və bloger axtarışa verildi - Rusiyada

img

18-08-2023 [14:54]


Rusiya Daxili İşlər Nazirliyi (DİN) erməni jurnalist və bloger Karen Şainyanı axtarışda olan şəxslərin bazasına daxil edib.

Mia.az report-a istinadla xəbər verir ki, Şainyan Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici casus kimi tanınıb.

Qeyd edək ki, blogerə qarşı cinayət işinin başlanması faktı iyulun 14-də məlum olub. Daha sonra “Rosfinmonitorinq” onu terrorçular və ekstremistlər siyahısına əlavə edib. O, Rusiyada yaşayan LGBT insanların problemlərini işıqlandıran eyniadlı yutub kanalını idarə edir. Bundan əlavə, o, "OstWest" kanalında yayımlanan “Za qranyu” verilişinin müəllifi və aparıcısıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR