Sabiq deputatın oğlunun mülkünü sökdürmək istəyirlər - Qalmaqal

img

18-08-2023 [09:53]


“SOCAR”ın Qaz İxrac İdarəsi sabiq deputatın oğlunu məhkəməyə verib.

Mia.az 32gun.az-a istinadla xəbər verir ki, eks-deputat Elxan Süleymanovun oğlu Ziya Süleymanovla qurum arasında mübahisəyə səbəb tikinti məsələsidir.

Belə ki, Göyçay Rayon Məhkəməsində hakim İbrahim Fəttahovun sədrliyi iləbaştutacaq məhkəmə işinin mahiyyyəti Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi məsələsindən ibarətdir.

Bildirək ki, “SOCAR”ın Qaz İxrac İdarəsinin rəhbəri Əkbər Hacı oğlu Hacıyevdir.

Xatırladaq ki, Elxan Süleymanov “Milli Məclisin 2010-2020-ci illərdə deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü olmuşdur.

Sabiq deputatın oğlu Ziya Süleymanov isə 2011-22 illərdə AR FHN Su Ehtiyatları Dövlət Agentliyinin rəis müavini vəzifəsində çalışıb.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq