ABŞ-da erməni təxribatının qarşısını alan Aludə Zeynalova sərbəst buraxılıb - FOTO (Yenilənib)
18-08-2023 [12:30]
ABŞ-də erməni təxribatının qarşısını alan həmyerlimiz Aludə Zeynalova Nyu-York Əyalətinin Cinayət Məhkəməsində hakim qarşısına çıxarıldıqdan sonra sərbəst buraxılıb.
***
ABŞ-da erməni təxribatının qarşısını alan həmvətənimiz Aludə Zeynalova məhkəmə qarşısına çıxarılacaq.
Mia.az Report-a istinadla xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində həmvətənlərimizə qarşı erməni təxribatı davam edir.
İki gün əvvəl BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirən azərbaycanlılara qarşı təxribat törədən erməniləridən biri Meri Cobanyan aksiyada iştirak edən həmyerlimiz Aludə Zeynalovadan şikayətçi olub. M.Cobanyan A.Zeynalovanı onu üçüncü dərəcəli xəsarət yetirməkdə təqsirləndirib. A.Zeynalova Nyu-York polisi tərəfindən saxlanılıb.
Bu gün A.Zeynalova Nyu-York Əyalətinin Cinayət Məhkəməsində (“New-York County Criminal Court”) hakim qarşısına çıxarılacaq. ABŞ dövlətinin A.Zeynalova hüquqlarının müdafiəsi üçün təyin etdiyi vəkil, Cənubi Azərbaycan əsilli Doran Khoıee Abbası həmyerlimizin bu gün məhkəmə zalından azadlığa buraxılacağını, ancaq şikayət üzrə prosesin davam etdiriləcəyini deyib.
Azərbaycan ABŞ-dakı səfirliyindən bildirilib ki, diplomatik nümayəndəlik baş verənləri yaxından izləyir, A.Zeynalovanın hüquqlarının müdafiəsi üçün bütün lazımı addımlar atılıb və bundan sonra da atılacaq. Qeyd olunub ki, səfirlik əməkdaşları Nyu-Yorkdadır və A.Zeynalova ilə bağlı baş verənləri yaxından izləyirlər.
Xatırladaq ki, iki gün əvvəl Nyu-Yorkda yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycanın Laçın yolunu bağlanmaqla humanitar böhran yaratdığına dair iddialarına etiraz məqsədilə BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçiriblər. Bir qrup erməni dinc aksiyanı pozaraq həmvətənlərimizə qarşı təxribat törədib. Ermənilərin Azərbaycan bayraqlarını çırmaq istəmələri həmvətənlərimizin ciddi etirazı ilə qarşılanıb. Bu zaman qarşıdurma baş verib. Həmvətənlərimiz Aludə Zeynalova və Amerika-Azərbaycan Qadınlar Cəmiyyətinin rəhbəri Münəvvər Vahabova hadisə ilə bağlı dindirilmək üçün polis bölməsinə aparılıb. M.Vahabova polis bölməsində dindirildikdən sonra sərbəst buraxılıb. Həmvətənlərimizə qarşı təxribat törədən və hadisə yerində həbs olunan Sulyanı Cobanyan polis tərəfindən dindirildikdən sonra azadlığa buraxılıb(Report).
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...