"Nədən Avropa İttifaqı Qarabağ erməniləri məsələsində nala-mıxa vurur?" - "Hətta İsveçrədə 4 separatçı bölgə var" (TƏHLİL)
16-08-2023 [17:32]
İspaniya Krallığı Fransadan sonra Qarabağ ermənilərinə dəstək verən ölkə oldu. Düzdür, ispanlar bu dəstəyi qorxa-qorxa verdilər. Ancaq verdilər...
Öncə Fransa ilə bağlı bir-iki kəlmə deyim.
Qərbə bağlı “theconversation.com/europe” saytı 2021-ci il avqustun 15-də “France’s new ‘separatism’ law stigmatises minorities and could backfire badly” (“Fransanın yeni "separatizm" qanunu etnik azlıqları ləkələyir (damğalayır) və bu, pis nəticə (əks təsir) verə bilər) adlı məqaləsinin girişində belə deyilir: “Fransanın konstitusiya məhkəməsi Fransa cəmiyyətində “separatizm”ə qarşı mübarizə məqsədi daşıyan “Respublika prinsiplərinə hörməti birləşdirən qanun”u kiçik düzəlişlərlə təsdiqləyib. Bu, prezident Emmanuel Makronun terrorla mübarizə proqramının bir hissəsidir”.
Bu qanunla bağlı “France24” TV o vaxt belə yazırdı: “Fransanın aşağı palatası, Milli Assambleyası və Senat arasında gedən gərgin yeddi aylıq mübahisədən sonra separatizm əleyhinə qanun layihəsi 19 əleyhinə 49 səslə təsdiqləndi. Beş nəfər bitərəf qaldı”.
O vaxt bu qanun Qərb ölkələrində, xüsusən ingilisdilli mediada ciddi tənqid olundu. Bu qanunun etnik azlıqlara, xüsusən müsəlmanlara qarşı olduğu vurğulandı. Xatırladım ki, Fransada əhalinin10 faizi-6 milyon müsəlman yaşayır. Fransa müsəlmanların ən çox yaşadığı Avropa ölkəsidir...
Bu mürtəce qanunu müdafiə etmək üçün Emmanuel Makron “The Financial Times” qəzetində şəxsən geniş məqalə ilə çıxış etməli oldu...
Gördüyünüz kimi, Qərb mediası açıq-aşkar şəkildə deyir ki, cənab Makron separatizmlə mübarizəni terrorla mübarizənin tərkib hissəsi kimi görür. Xatırladım ki, Fransa unitar dövlətdir, yəni bölgələr mütləq şəkildə mərkəzə tabedir.
Fransa niyə “separatizm”ə qarşı mübarizə aparmaq üçün Konstitusiya Məhkəməsi səviyyəsində qanun qəbul edir? Çünki bu ölkənin separatizmlə bağlı ciddi problemləri var. Fransanın on iki, bir yox ha, məhz 12 separatçı bölgəsi var. Bəs İspaniyada vəziyyət necədir? İspaniyada isə nə az, nə çox, düz 8 separatçı bölgə var. Bəs bütövlükdə Avropada separatçı hərəkatların sayı nə qədərdir? 260-dan çoxdur.
Yuxarıda qeyd etdiyimiz “theconversation.com” saytı başqa bir məqaləsində - “Why the EU is right to back Spain against Catalan separatism” (Nə üçün Avropa İttifaqı Kataloniya separatizminə qarşı İspaniyanı dəstəkləməkdə haqlıdır?) adlı məqalədə bir çox həqiqətləri açıq şəkildə etiraf edir:” Avropa İttifaqı və Avropa liderlərinin Kataloniyanın müstəqilliyi ilə bağlı mövqeyi özünü qoruma instinkti kimi qəbul olunmalıdır.
Separatizm Fransa, İtaliya, Almaniya, Belçika və Böyük Britaniyada mövcuddur - onların heç biri Kataloniya separatçı hərəkatını dəstəkləməklə öz daxillərində parçalanmaları təşviq etmək istəmirlər”.
Bir önəmli məqamı da vurğulayım: İspaniyada 7.7 milyon, Fransada isə 400 minə yaxın katalon yaşayır. Yəni Avropanın mərkəzində İspaniya və Fransa 8 milyonluq xalqın müstəqil dövlət yaratmasına imkan vermir. Hələ orası da var ki, katalonların dövlətçilik tarixi 1200 illik keçmişə söykənir. Hazırda Kataloniya İspaniyanın ən inkişaf etmiş bölgəsidir. Deməli, İspaniya və Fransa əl-ələ verib 8 milyondan artıq nüfuzu və qədim dövlətçilik ənənəsi və mədəniyyəti olan (məsələn, kubizm cərəyanının banisi Pablo Pikasso korsikalıdır.) olan xalqa müstəqil dövlət qurmağa imkan vermir, ancaq bir ovuc erməniyə görə yaxalarını cırırlar...
İndi sual olunur: Nədən Avropa İttifaqı Kataloniya məsələsində İspaniyanın yanında yer alır, ancaq Qarabağ erməniləri məsələsində nala-mıxa vurur? Halbuki söhbət eyni problemdən gedir?
Deməli, Fransa, elə İspaniya da öz daxilində separatizmə qarşı çıxır, separatizmi terrorun tərki hissəsi elan edir, Azərbaycanda isə müxtəlif bəhanələrlə Qarabağa ermənilərinə dəstək verirlər.
Separatsızım Qərbdə çox böyük bir problemdir. Məsələn, 20 ildir ki mən İsveçrədə yaşayıram. İsveçrə dünyanın ən varlı ölkələrindən biridir. Adətən dünya üzrə birinci üçlükdə yer alır. Hətta yaşam standartları son dərəcə yüksək olan İsveçrədə belə 4 separatçı bölgə var. Düzdür, bu separatçı hərəkatlar hazırda o qədər də aktiv deyil. Ancaq Avropanın hər hansı bir ölkəsində separatsızım qalib gəlsə, İsveçrədəki həmin separatçı mərkəzlərə yenidən güc gələcək. Özü də tək İsveçrədə yox. Bütün Avropa darmadağın olacaq.
Almaniyaya da ötəri bir nəzər salaq. Almaniyada 4 separatçı mərkəz var. Ən güclüsü Bavariyadır. Bavariya Almaniyanın beşdə biri deməkdir. Bu bölgədə 13 milyon alman yaşayır. Bəli, məhz alman yaşayır. Elə isə nədən Almaniyadan ayrılmaq istəyirlər?
Çünki Bavariya Almaniyanın ən inkişaf etmiş bölgəsidir. Almaniyanın daha kasıb bölgələrini yedirtmək zorunda qalırlar. Onlar isə bunu istəmirlər. Yəni separatizm təkcə dini, etnik və irqi fərikliklərə söykənmir. İqtisadi amil də separatizmə təkan verə bilər...
Deməli, Fransa da, İspaniya da, elə digər Avropa ölkələri də separatizmi cilovlamaq üçün ən radikal addımlara əl atırlar. Ancaq kənarda isə separatizmə dəstək verirlər. Məsələn, əksər Avropa ölkələri Türkiyədə (PKK-kürd), Azərbaycanda isə erməni separatizminin güclənməsi üçün min oyundan çıxırlar. Niyə? Niyə Qərb Ukraynada əlində silah rus separatizminə qarşı vuruşur, ancaq Türkiyə və Azərbaycanda isə separatizmə dəstək verir? Özlərinə rəva görmədiklərini başqalarına rəva görürlər. Çünki Türkiyə və Azərbaycanın güclənməsi, bu iki ölkənin əksər məsələlərdə eyni mövqedən çıxış etməsi Qərbin ürəyincə deyil. O da sirr deyil ki, Türk Dünyasında gedən birləşmə-bütövləşmə prosesi də Qərbi qorxuya salır.
Əslində isə Qərb Türk Dünyasından yox, Çindən qorxmalıdır...
Qərb özü etiraf edir ki, separatizmin hər hansı bir ölkədə qələbəsi domino effekti verə bilər. Bu isə dünya nizamının çökməsi və kütləvi qırğınlar deməkdir.
Biz Azərbaycan olaraq ən yüksək tribunalardan bu kimi həqiqətləri sərt şəkildə ortaya qoymalıyıq. Bir daha vurğulayıram: Separatsızım təkcə Azərbaycanın problemi deyil. Ona görə də separatizmi müdafiə edən dövlətlərin üzərinə getməliyik. Ən sərt şəkildə vurğuladığım bu kimi faktları separatizmi müdafiə edənlərin üzünə şillə kimi çırpmalıyıq.
Məncə, Azərbaycan bəyan etməlidir ki, biz 50 milyonluq xalqıq. Əslində separatizmin yayılması bizim xeyrimizədir. Çünki azərbaycan türklərinin yaşadığı böyük ərazilər var ki, həmin ərazilər Azərbaycana birləşməlidir. Bu isə o deməkdir ki, İran, Gürcüstan və Rusiyanın bir hissəsi Azərbaycana verilməlidir. Ümumiyyətlə, xəritədə Ermənistan adlı dövlət olmamalıdır. Çünki bu dövləti Rusiya imperiyası Qafqazda möhkəmlənmək üçün Azərbaycan torpaqları əsasında süni şəkildə yaradıb...
Elbəyi Həsənli, Sürix
MİA.AZ
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...