27-05-2014 [12:32]
Milli Dirçəliş Hərəkatı Partiyası "28 May – Respublik Günü”-nə həsr edilmiş "28 May – şərəf tariximiz və İstiqlal Abidəsindəki yanlışlıq” mövzusunda tədbir keçirib.
Mia.az sözügedən partiyadan verilən məlumata görə, Partiyanın Mərkəzi Qərərgahının Akt Zalında keçirilən
tədbirdə MDHP rəhbərliyi ilə yanaşı, alimlər, həmin dövrün araşdırmaçıları,
ictimaiyyətçı və siyasətçılərin də iştirakı ilə mövzuyla bağlı çıxış və müzakirələr
oldu. MDHP sədrinin ideoloji məsələlər üzrə müvini Həbib Ələkbərsoy tədbiri
açıq elan etdikdən sonra, istiqlalımız uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik
sükutla yad edildi. İstiqlal gününə həsr olunmuş tədbir MDHP-nin İdeologiya şöbəsi,
Güney Azərbaycan Departamenti və Qərdbi Azərbaycan Departamentlərinin birgə təşkilatçılığı
ilə keçirilirdi ki, bunun da simvolik xarekter daşıdığını deyən aparıcı,
MDHP-nin əsas ideoloji hədəflərinin Bütöv Azərbaycanın istiqlalı olmasıyla əlaqələndirdi.
Daha sonra Həbib Ələkbərsoy giriş nitqində dönəmin tarixinə qısa nəzər salaraq,
o dövrün qarışıq bir mühitindən şərəflə çıxmağımızla istiqlalımıza nail
olmağımızın şanlı bir tarix olduğunu bildirdi və bu şanlı bayram münasibətiylə
tədbir iştirakçılarını təbrik etdi. O, bu tarixin şanlı səhifələrindən birinin
də həm Şərqin, həm də Türk Dünyasının demoqratik cümhuriyyətçilik yolunda bir
çığır olmaqla bərabər bu yolun ideoloji mənbəyinin də olduğunu vurğuladı. Natiq
çıxışnda onu da vurğuladı ki, paytaxtda istiqlal abidəsinin ucaldılması olduqca
təqdirəlayiq haldir. Lakin, abidənin üzərində bütün istiqlalçılarımızın
adlarının verilməməsi tarixi ədalətsizlikdir və bu yanlışlıq aradan
qaldırılmalıdır. Tədbir iştirakçılarına tarixi sənədlər təqdim edən partiya
funksioneri bildirdi ki, istiqlal bəyannəməsinə Milli Şuranın 24 üzvünün səs
verməsinə baxmayaraq, İstiqlal Abidəsinin üzərində onlardan yalnız 8-nin adı həkk
olunub. Natiq onu da əlavə etdi ki, biz hesab edirik ki, Milli Şuranın sədri Məmməd
Əmin Rəsulzadənin Turkiyənin nümayəndə heyəti ilə görüşməsi üçün Batumidə
olması səbəbindən 28 may 1918-ci il tarixində Miili Şuranın iclasında iştirak
etməməsi onun adının İstiqlal Abidəsində hər hansı bir şəkildə göstərilməməsinə
haqq qazndırmır. Bu yanlışlığın aradan qaldırılması üçün Milli Dirçəliş Hərəkatı
Partiyasının qəbul etdiyi bəyanatı tədbir iştirakçılarının diqqətinə çatdıran
natiq bildirdi ki, partiya bununla bağlı bütün cavabdeh orqanlar qarşısında məslə
qaldıracaq ki, istiqlalçılarımızın hamısının adı abidənin üzərində göstərilməklə
ədalət öz yerini tapsın.
Bundan əlavə Həbib
Ələkbərsoy onu da bildirdi ki, nəinki, 1918-ci il istiqlalçılarının adları əbədiləşdirilməli,
eyni zamanda 1991-ci il istiqlalçılarının da adlarını əbədiləşdirmək bu millətin
borcudur. O, 1991-ci ilin 18 oktyabırında Azərbaycanın müstəqilliyinə səs
vermiş istiqlalçı deputatların da şərəfinə bir abidənin ucaldılması təşəbbüsünün
ictimai dəstək alacaqına inadığını bildirdi.
Tədbirin mövzusu
və verilmiş bəyanatla bağlı məruzəçi kimi söz
MDHP sədri, millət vəkili, istiqlalçı deputat Fərəc Quliyevə verildi. Fərəc
Quliyev "28 May - Respublika Günü” münasibətiylə tədbir iştirakçılarını və Azərbaycan
xalqını təbrik etdi və bildirdi ki, "bizim bayramların arasında ən gözəl
bayramlardan biri elə məhz bu bayramdı, çünki millətin istiqlala qovuşmasından
böyük bir bayram olmaz” İstiqlalçı deputat bildirdi ki, hər bir xatırlatma həm
də tarixə hörmətdi, ona görə də bu cür tədbirləri təqdirəlayiq qiymətləndirir və
alqışlayır. O, bizim istiqlalımıza ləkə yaxmağa çalışanların arxasında duran
qövvələrin Azərbaycanın öz müstəqilliyinə olan inamını sarsıtmaq məqsədi
güddüyünü bildirdi. Azərbaycan bölünəndən o taylı-bu taylı bütövlükdə
xalqımızın həmişə bütövləşmək və istiqlaliyyət uğrunda davamlı mübarizəsindən ətraflı
danışan MDHP sədri bildirdi ki, "millətin bir qisminin istiqlala qovuşması
bitmiş hədəf sayıla bilməz, biz tarixi coğrafi ərazimizdə Bütöv Azərbaycanı
qurmalıyıq.” İstiqlal Abidəsindəki yanlışlıqdan danışan millət vəkili bunu örnək
olaraq doğru olmadığını bildirdi: "1918-ci il istiqlalçılarımızın bir qisminin
adının İstiqlal Abidəsində göstərilib qalanlarının kənarda qoyulması doğru bir
örnək deyil. Vətən savaşı aparan insanların qədri bilinməyəndə millətə pis bir
örnək verilir və gələcəkdə insanlar buna baxıb dava adamlarının sonunun belə
olmasından pis bir nəticə çıxarmış olurlar. Mən hesab edirəm ki, ciddi problemləri
və hədəfləri olan Azərbaycanda bu cür məsələlərə həssaslıqla yanaşmaq
lazımdır.”
Sonra mövzunun və
bəyanatın müzakirəsi üçün cıxışlar və təkliflər səsləndirilməyə başladı.
Türkoloq-alim Aydın Mədətoğlu, Azərbaycan Milli Elmlər Akademiyasından Xalidə
Xalid, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından Uğur Polat, Ümid Partiyası
sədrinin müavini Taleh Əliyev, Milli Dövlətçilik Naminə Hərəkatın sədri Taryel
Faziloğlu, "Tərəf” xəbər portalının baş redaktoru İlkin Şakiroğlu, şair Maqsud Əsədov,
MDHP Qarabağ Departamentinin sədri Şakir Ağayev, MDHP Qərbi Azərbaycan
Departamentinin sədri Bayram Abbasov, MDHP Güney Azərbaycan Departamentinin sədri
Əlirza Amanbəyli, MDHP sədrinin mədəniyyət məslələri üzrə müşaviri Niftalı Göyçəli,
MDHP Gənclər təşkilatı adından Hənif Məmmədov və digər çıxışçılar öz təbriklərini
çatdırmaqla bərabər müxtəlif təkliflər verdilər ki, bu təkliflər arasında
partiyanın sözügedən bəyanatının Prezidentə ünvanlanması, bununla bağlı
imzatoplama kompaniyasının başlanmasını uğurlu hesab edənlər oldu. Bundan əlavə,
Gəncə şəhərinin Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olmasından dolayı
orda istiqlal abidəsinin ucaldılması təşəbbüsünün vacibliyi və 1991-ci il
istiqlalçılarımıza da abidənin ucaldılması təklifləri səsləndirildi.
Sonda isə, tədbir
iştirakçıları Cümhüruyyətimizin şəhidlərin və qazilərin çiyinlərində
qurulmasını simvolizə etmək üçün, onların ruhunun yad edilməsiylə başlanmış bu
tədbiri istiqlalımızın atributlarından olan himnimizin oxunmasıyla
yekunlaşdırdılar və bildirdilər ki, "28 May –Respublika Günü” ərəfəsində 28 may
istiqlalçılarımızın şərəfinə ucaldılmış İstiqlal Abidəsindəki yalnışlığın düzəldilməsiylə
bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının qəbul etdiyi bu bəyanatın ictimai dəstək
alacaqına və tarixi yalnışlığın aradan qalxacağına inanırlar.
MDHP-nin həmin bəyanatının
tam mətnini və tədbirin videosunu təqdim edirik:
Şərqin ilk demoqratik respublikasının Azərbaycan xalqına məxsus olması xalqımız üçün qürur mənbəyidir. Milli Dirçəliş Hərəkatı Partiyası Azərbaycan Xalq Cümhuriyyətinin 93 illiyi münasibətilə xalqımızı təbrik edir.
Milli Dirçəliş Hərəkatı
Partiyası Prezidentin "28 May-Respublika günü” ilə bağlı imzaladağı bütün sərəncamları
təqdirəlayiq qiymətləndirir ki, bu sərəncamlardan biri də İstiqlal Abidəsinin
ucaldılması ilə bağlı oldu. Paytaxtın İstiqlaliyyət küçəsində inşa edilmiş bu
abidə şərəf tariximizi özündə əks etdirir. Lakin, təəssüf doğuran bir məqam var
ki, icra zamanı ya yanlışlıq, ya da hansısa bir səbəbdən 1918-ci il 28 may
tarixində, Tbilisi şəhərində qəbul edilmiş İstiqlal Bəyannaməsinə imza atmış səxslərin
hamısının adı abidənin üzərində əks olunmamışdır.
Xatırladaq ki,
Bakı şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal
Abidəsinin üzərində İstiqlal Bəyannaməsinə
imza atmış 8 nəfərin – Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyov,
Camo bəy Hacınski, Səfi bəy Rüstəmbəyov, Nəriman Nərimanbəyov, Cavad Məlik
Yeqanov və Mustafa Mahmudovun adları verilmişdir.
Azərbaycan
Respublikası Milli Arxiv İdarəsi tərəfindən hazırlanmış və 2006-cı ildə çapdan
çıxmış "Zaqafqaziya seyminin müsəlman firaksiyası və Azərbaycan Milli Şurası
iclaslarının protokolları” sənədlər toplusunda Azərbaycan Xalq Cümhuriyyətinin
28 may 1918-ci ildə elan etdiyi İstiqlal Bəyannaməsində isə 26 nəfərin adına
rast gəlinir ki, bunlar: Həsən bəy Ağayev, Mustafa Mahmudov, Fətəli xan Xoyski,
Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Mirhidayət Seyidov, Nəriman bəy Nərimanbəyov,
Eybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əli Əsgər bəy Mahmudbəyov, Aslan bəy
Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxulislamov, Mehdi bəy Hacıbababəyov,
Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy
Şahtaxtinski, Firudin bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov,
Xosrov Paşa Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik Yeqanov və
Hacı Molla Səlim Axundzadədir. Azərbaycan Respublikası Xarici işlər
Nazirliyinin "Azərbaycan Xalq Cümhuriyyətinin Xarici Siyasəti (1918-1920)” nəşrində
göstərilir ki, iki nəfər – S.M.Qəniyev və C.Axundovun bitərəf qalması ilə, 24 səslə
İstiqlal Bəyannaməsi qəbul edilib.
Milli Dirçəliş Hərəkatı
Partiyası hesab edir ki, bu yanlışlıq ən qısa zamanda aradan qaldırılmalıdır.
Belə ki, İstiqlal Bəyannaməsini 24 nəfərin qəbul etməsinə baxmayaraq həmin
günün şanına ucaldılmış İstiqlal Abidəsində cəmi 8 nəfərin adının qeyd olunması
ədalətli deyil. Biz həm də hesab edirik ki, Milli Şuranın sədri Məmməd Əmin Rəsulzadə
həmin gün Batumidə Türkiyənin nümayəndə heyəti ilə görüşməyi səbəbindən Şuranın
iclasında iştirak etmədiyi üçün, İstiqlal Abidədəsində onun adının hər hansı
bir şəkildə qeyd edilməməsi doğru deyildir. Əgər bu tarixi səhv düzəldilməzsə,
biz partiya olaraq bütün cavabdeh orqanlar qarşısında məsələ qaldıracağıq ki,
istiqlalçılarımızın hamısının adı abidənin üzərində göstərilməklə ədalət öz
yerini tapsın.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi