ATV-nin aparıcısı kanaldan ayrıldı: "Yeni ünvanda görüşərik"

img

11-08-2023 [00:03]


"Bu gün 20 illik əməyim olan, ata ocağı qədər doğma, əziz ATV telekanalından öz istəyimlə "xahiş edirəm, məni tutduğum vəzifədən azad edəsəniz" müraciəti ilə ayrıldım".

Mia.az xəbər verir ki, bu sözləri sosial media hesabında aparıcı Vüsalə Əlizadə yazıb.

O bildirib ki, kanaldan hörmətlə ayrılıb: "Yeni mövsümdə bütün həmkarlarıma və özümə bol şans arzu edirəm. Tezliklə görüşərik".

Xatırladaq ki, aparıcının tezliklə Xəzər TV-də veriliş aparacağı barədə xəbərlər var.

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR