Jurnalist Səbuhi Məmmədlinin son durumu açıqlanıb

img

08-08-2023 [13:54]


Jurnalist Səbuhi Məmmədlinin son durumu açıqlanıb.

TƏBİB-dən verilən məlumata görə, jurnalist Səbuhi Məmmədli avqustun 7-də TƏBİB-in tabeliyində fəaliyyət göstərən Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına təxliyə olunub.

Hazırda onun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.

Onda aşağı ətrafda damar mənşəli qan dövranı pozğunluğu müəyyən olunub.

Xroniki böyrək çatışmazlığı, insulindən asılı olmayan şəkərli diabet xəstəliyi üzrə də müalicəsi davam etdirilir.

Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Xatırladaq ki, S.Məmmədlidə daha əvvəl digər ətrafın amputasiyası əməliyyatı da icra olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR