Məşhur jurnalist boşandı: "Münasibətimiz həmişə qalacaq"

img

26-07-2023 [14:09]


Məşhur jurnalist Nagehan Alçı 13 ildir evli olduğu Beyaz TV-nin idman şərhçisi Rasim Ozan Kütahyalı ilə boşandığını açıqlayıb.

Mia.az Türkiyə mətbuatıına istinadla xəbər verir ki, bu barədə sosial media hesabında paylaşım edən Nagehan Alçı Rasim Ozan Kütahyalı ilə anlaşmalı qaydada evliliklərini bitirdiklərini qeyd edib: "O, hər zaman ürəyinə və ağlına güvəndiyim dostum və iş yoldaşım olacaq. Münasibətimiz həmişə qalacaq".

Hazırda "Habertürk"ün yazarı olan Nagehan Alçı 10 yaşında iki əkiz övladlarına görə qanunla qadağan olunan məlumatları yayan mdeia orqanları barədə də məhkəməyə müraciət edəcəklərini deyib: "Yayım qadağasını heçə sayanların cəzalanması üçün vəkillərimiz  müvafiq şikayəti verəcəklər".

Xatırladaq ki, bundan əvəl yayılan xəbərə görə, əri boşanmaq istəməsə də, Nagehan Alçı fikrindən vaz keçməyib: "O, əri Kütahyalıdan 40 milyon lirə təzminat, həmçinin aylıq 60 min lirə aliment tələb edir".

Ləman

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR