Partiya TV ilə əməkdaşlıq müqaviləsini təktərəfli ləğv elədi - Açıqlama

img

24-07-2023 [00:05]


Kamal Kılıçdaroğlunun sədri olduğu Cümhuriyyət Xalq Partiyası (CHP) müxalifyönlü Halk TV ilə əməkdaşlığı dayandırıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, partiya anlaşma müqaviləsindəki bəndə - 7 gün əvvəl xəbərdar etməklə müqaviləyə xitam vermək hüquqlarını xatırladaraq notarial qaydada əməkdaşlığa son verdiklərini bəyan edib.

CHP-nin sədr müavini Eren Erdem verdiyi açıqlamaya görə, artıq Halk TV ilə müqavilə birtərəfli qaydada ləğv edilib.

Samir Musayev

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR