Əhəd Abıyev bir köşkü belə olmadığını deyir: "Məndən əvvəlki icra başçıları 3 ildən artıq işləməyib" - "Özüm müraciət etmişdim ki, məni azad etsin"
18-07-2023 [10:51]
Dünən ölkə başçısının sərəncamı ilə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Əhəd Abıyev Gununsesi.info-ya müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
– Əhəd müəllim, Prezidentin sərəncamını gözləyirdinizmi?
– Əvvala, onu deyim ki, mən Daşkəsənin tarixində icra başçısı kimi çalışmış ən uzunömürlü şəxsəm. Daşkəsənin keçmişinə nəzər salsanız, görərsiniz ki, əvvəlki icra başçıları 3 ildən artıq işləməyib.
Mən isə 13 il işlədim. Bu o deməkdir ki, işimin öhdəsindən layiqincə gəlmişəm ki, cənab prezident 13 il mənə etimad göstərib. Prezidentin sərəncamına gəlincə, özüm müraciət etmişdim ki, məni azad etsin. Ona görə də bu sərəncam mənim üçün sürpriz olmadı.
– Son zamanlar Daşkəsənin kəndlərində ayrı-ayrı insanların etirazları mediada yayılırdı. Bu hadisələrin sizin icra başçısı postunu itirməyinizə səbəb olduğu deyilir…
-Qəti razı deyiləm. Daşkəsən rayonu bütün göstəricilərinə görə, respublikada ilk yerdədir. Bizim rayonda hər hansı bir narazılıq olmayıb. Bir-iki nəfərin adıyla mediada yayılanlar da sonradan təsdiqini tapmadı.
– Vəzifədən azad olunmağınızdan bir neçə saat sonra əmlaklarınıza aid siyahılar yayıldı. Bu barədə nə deyə bilərsiniz?
– O siyahıda olan heç bir əmlakın mənə aidiyyatı yoxdur. Mənim bir köşküm də yoxdur. Mən 13 il Daşkəsəndə işlədim, orada bir dənə obyektim olmadı. Bunlar hamısı iftiradır.
– Bundan sonra nə işlə məşğul olmaq istəyirsiniz? Deputatlıq haqqında düşünürsünüz?
– Hər şeyi zaman göstərəcək. Mən indidən nəsə deyə bilmərəm.
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır