Hədəfə alınan generallar və ya xaosa aparan gərgin yol... - Ekspertdən açıqlamalar
17-07-2023 [00:05]
"Priqojin qiyamı Rusiya hərbi sistemində “Pandoranın qutusu”nu açdı. İllərdir üstü örtülən, xalının altına süpürülən və ictimailəşməyən problemlər, eləcə də daxili çəkişmələr açıq müstəviyə çıxır".
Mia.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib.
O bildirib ki, hadisələrin inkişafında 2 tendensiya müşahidə olunur: "Birincisi, Şoyqu və Gerasimov qiyam hadisəsindən yararlanaraq sadiq hesab etmədikləri, onlara “biət etməyən” və digər motivlərlə bəzi yüksək rütbəli zabitləri vəzifələrdən uzaqlaşdırmağa, “zərərsizləşdirməyə” başlayıblar.
İkincisi, ordu içərisindən etiraz səsləri yüksəlir və itaətsizlik meylləri güclənir.

ŞAHİN CƏFƏRLİ
Cəbhədəki problemlər barədə Baş Qərargah rəisinə məruzə etdikdən sonra qovulan 58-ci ordunun komandanı İqor Popov ətrafındakı qalmaqalı yəqin izlədiniz. General-mayor Popov zabit və əsgərlərə ünvanladığı audiomüraciətində rəhbərlik tərəfindən arxadan vurulduqlarını deyir, “böyük rəisləri” (Gerasimov və Şoyqu) xain və alçaq adlandırır (Son məlumata görə, Popov Suriyaya sürgün edilib)".
Politoloq deyir ki, Ukraynada döyüşən 7-ci desant-hücum diviziyasının komandanı, general-mayor Aleksandr Kornev və 106-cı desant-hücum diviziyasının komandanı, “Rusiya qəhrəmanı”, general-mayor Vladimir Selivestryov da vəzifədən uzaqlaşdırılıblar: "Həbs olunan yüksək rütbəli zabitlər var. Hava Kosmik Qoşunlarının komandanı, ordu generalı Surovikinin harada olduğu məlum deyil. Hava-Desant Qoşunlarının komandanı, general-polkovnik Mixail Teplinskinin də vəzifədən azad olunacağı, hətta həbs ediləcəyi barədə söz-söhbətlər dolaşır. Bununla əlaqədar “Telegram”da 7-ci desant-hücum diviziyasının şəxsi heyəti adından audioyazı yayılıb. Onlar Müdafiə Nazirliyinə xəbərdarlıq edirlər ki, Teplinskiyə qarşı bu cür addımara dözüm göstərməyəcəklər, hətta döyüş mövqelərini tərk edib, arxa cəbhəyə haqq-hesab çəkməyə gələcəklər. Səs yazısı “ölümcül xətaya yol verməyin” xəbərdarlığı ilə bitir.
Bu cür müraciətlər və səs yazıları bir tərəfdən Rusiya ordusunun içəridən qaynamağa başladığını göstərir, digər yandan isə müəlliflərin haqlılığından asılı olmayaraq, ciddi hərbi nizamnamə pozuntusu, hətta cinayət əməlidir".
Ş.Cəfərlinin sözlərinə görə, bu durum hərbi rəhbərliyi çox çətin seçim qarşısında qoyur: "Onlar ya belə hərəkətlərin qarşısını qətiyyətlə və sərt şəkildə alacaqlar, nəticədə gərginlik artacaq, hətta silahlı qarşıdurma riski yaranacaq. Ya da hər hansı tədbir görməyəcəklər, nəticədə nüfuzları daha da sarsılacaq və ordu içərisində nizam-intizam aradan qalxacaq, vakxanaliya yaranacaq.
Vəziyyətin bu yerə gəlib çıxması ali baş komandan Putinin avtoritetinin də əvvəlki səviyyədə olmadığını söyləməyə əsas verir. Ukrayna cəbhəsində baş verəcək böyük məğlubiyyətin Rusiya daxilində ciddi hərc-mərclik və xaosa səbəb olması ehtimalı çox yüksək görünür...".
Tahir Şəlvəli
MİA.AZ
İki il əvvəl dağıntılar altında qalan 25 nəfərin cəsədi çıxarıldı - Biri jurnalistin meyitidir
"Fənərbağça"nın qolkiperi Polşaya gedir
Mərc oyunları ilə bağlı istintaq: 30 hakim "qara siyahı"ya alındı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənilər Bakıda hakim qarşısında
Zaxarova: "Biz ABŞ-ın Karib dənizindəki hərəkətlərini izləyirik"
Rusiya XİN: "Ukrayna böhranının həlli ilə bağlı ABŞ-la danışıqlarda irəliləyiş var"
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
Səfirin diplomu ilə bağlı qalmaqal - Diplomat saxlanıldı və...
BU MƏHKƏMƏLƏRƏ SƏDR VƏ HAKİMLƏR TƏYİN EDİLDİ - Sərəncam + SİYAHI
Azərbaycan vətəndaşı Qazaxıstanda həbs edilib
Prezident "Daxili qoşunlar haqqında" qanunu təsdiqləyib - Detallar
Həbs olunan aparıcının bacısı danışdı: "Arxasındayıq, ona güvənirik"
Jurnalist Barış Terkoğlu saxlanılıb
Rəsmi Moskva: "ABŞ-dan göndərilən sülh planını təhlil edirik"
Karen Avanesyana hökm oxunub
Ağdam şəhərinə 308 nəfər köçürülüb (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gələn il kommunal xidmətlər qalxacaq? - Açıqlama
Dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Səidə Bəkirqızı "Space TV" ilə yollarını ayırıb
"Xətaidə ağaclar gecə saatlarında yandırılaraq yox edilir" - Deputat sakinlərin problemlərini dinlədi və....
"Fənərbağça" prezidenti sərbəst buraxıldı - 2 saatlıq ifadə və 20 dəqiqəlik məhkəmə qərarı ilə
"Fənərbağça", "Beşiktaş" və "Antalyaspor" cəzalandırılacaq
"Yeni Malatyaspor" mövsüm bitmədən liqadan "yuvarlandı"
Oqtay Əsədovun qızı vəfat edib
Silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
PREZİDENT DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ - 5 illik
Bakıda beşmərtəbəli yataqxanada yanğın olub (Yenilənib)
Bibiheybət yolunda maşınların hərəkəti məhdudlaşdırılacaq - Açıqlama
"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)
Mərkəzi Bank: "Poblemli kreditlər artıb"
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
İsrail Livanın cənubuna bir maşıənı vurub
Eyyubov qardaşlarının dəbdəbəli biznesi – FOTO
Ankarada qəzaya uğrayan təyyarənin pilotunun son sözü nə olub? - Detallar açıqlanır
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?