İstanbulda tanınmış jurnalistin 19 yaşlı övladını parçalayıblar

img

13-07-2023 [00:48]


Ötən bazar ertəsi İstanbulda qaçırılan "Milli Gazete"nin köşə yazarı Mustafa Kəsədərin 19 yaşlı oğlu Məhəmməd Nuh Kəsədərin parçalanmış cəsədi tapılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, jurnalstin övladının cəsədi Bayrampaşa rayonunda bir mənzildə dərin soyuducuda tapılıb.

Məlumata görə, onu qaçıraraq hissələrə parçalayan ailənin evində vaxtilə işləmiş şəxslərdən biri olub: "Adı açıqlanmayan həmin işçi hələlik bəlli olmayan səbəbdən Mustafa Kəsədərin 19 yaşlı oğlu Məhəmməd Nuh Kəsədəri qaçırıb. Həmin gündən polis onu axtarsa da, bu gün səhər yerini müəyyən edə biliblər. Səhərə yaxın mənzilə basqın zamanı şübhəli saxlanılıb. Evdə aparılan axtarış zamanı 19 yaşlı gəncin parçalanmış cəsədinin qalıqları dərin bir soyuducuda aşkarlanıb. İlkin araşdırmaya görə, o, elə qaçırıldığı günü öldürülüb".

Xəbərdə deyilir ki, şübhəlii pollisə, cəsədin qalıqları isə ekspertizaya göndərilib.

Cəsədin tapıldığı mənzilin qonşuluğunda yaşayanlar bildirib ki, polislər torbalarda cəsədin qalıqlarını daşıyıblar: "Onlar evdən dərin bir soyuducunu da ekspertizaya görə apardılar...".

Tahir Şəlvəli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR