“İki sahil” qəzetinin 32 yaşı tamam olur
10-07-2023 [13:08]
Çoxsaylı mətbuat orqanları arasında özünəməxsus yer tutan, dövlətçiliyimizin inkişafına davamlı töhfələr verən, oxucu auditoriyasını günbəgün genişləndirən “İki sahil” qəzetinin ilk nömrəsinin işıq üzü gördüyü 1991-ci il 10 iyul tarixindən 32 il ötür.
“İki sahil” Azərbaycanın ən çətin dövründə həyata vəsiqə aldı. O dövrün reallıqlarını ictimaiyyətə çatdırmaqdan çəkinmədi, öz ideallarına sadiq qalaraq sınaqlardan şərəflə çıxdı. O dövrdə “İki sahil” öz səhifələrində reallıqları olduğu kimi oxuculara çatdıraraq, Azərbaycanın xilaskarının Ümummilli Lider Heydər Əliyev olduğunu qətiyyətlə bəyan edirdi. Azərbaycan xalqının böyük əksəriyyətinin ifadəsi olan 91 nəfər ziyalının dahi şəxsiyyət Heydər Əliyevə "Azərbaycan Sizin sözünüzü gözləyir" müraciəti qəzetin səhifələrində yer aldı. “İki sahil” bütün çətinliklərə, təzyiqlərə rəğmən qarşısına qoyduğu məqsədə doğru inamla addımladı, cəmiyytin güzgüsü missiyasını şərəflə yerinə yetirdi.
Ümummilli Lider YAP-ın yaradılmasının ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində “İki sahil” qəzetinin rolunu yüksək dəyərləndirib: “O vaxt “İki sahil” qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin “İki sahil” qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm.”
1993-cü ildə dahi şəsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin həyatında baş verən köklü islahatlar mətbuatdan da yan keçmədi. Dövlətin azad mətbuatın inkişafı istiqamətində atdığı addımlar “İki sahil”in fəaliyyətinin daha da genişləndirməsində öz sözünü dedi.
32 il bir mətbu orqan üçün həm təqdimat, həm də zəngin yol keçərək sabahı üçün möhkəm baza formalaşdırması baxımından böyük rəqəmdir. “İki sahil” yarandığı dövrün çətinliklərinə uğurla dəf edərək cəmiyyətin hər bir üzvünün arzu və istəklərini ifadə edən bir tribunaya çevrilib. Azad sözə, fikrə dəyər qəzetin fəaliyyətində özünün aydın ifadəsini tapır.
Qəzetin fəaliyyətini fərqləndirən mühüm xüsusiyyətlərdən biri Azərbaycanın dövlət quruculuğu prosesinin bütün mərhələlərini öz prinsiplərinə müvafiq əks etdirməsidir. Müasir dövlət quruculuğu prosesləri, Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, Azərbaycan mədəniyyətinin, incəsənətinin, təhsilinin inkişaf mərhələləri qəzetdə dolğun şəkildə əks etdirilir. Ölkə rəhbəri möhtərəm İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası, Heydər Əliyev Fondunun təhsil, mədəniyyət və s. sahələrdə reallaşdırdığı layihələr qəzetin səhifələrində xüsusi yer tutur.
Qəzetin “ikisahil.az” internet saytı uğurla fəaliyyət göstərir. Dövrün, zamanın tələblərinə uyğun olaraq yenilənən internet səhifəsində günün aktual məsələlərinin təhlili, ölkə daxilində və onun hüdudlarından kənarda baş verən hadisələr operativ şəkildə oxuculara çatdırılır. “İki sahil” İnternet Televiziyası da uğurla fəaliyyət göstərir. Günün aktual məsələləri ilə bağlı, ictimai-siyasi, iqtisadi və digər mövzularda müxtəlif sahələri əhatə edən verilişlərin yayımlandığı “İki sahil” internet televiziyası da izləyicilərin böyük rəğbətini qazanıb.
"İki sahil" ölkə iqtisadiyyatının inkişafında aparıcı rol oynayan, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının həyata keçirilməsinə davamlı töhfələr verən SOCAR-ın təsisçiliyi ilə fəaliyyət göstərir. SOCAR Prezident İlham Əliyevin tapşırıqlarını uğurla yerinə yetirərək bu gün dünyanın ən modern şirkətləri ilə bir sırada dayanır. Qəzet SOCAR-ın uğurlu fəaliyyətini təsisçisi olmaqla yanaşı həm də dayanıqlı iqtisadi inkişafımızda böyük rol oynayan şirkət olaraq dəyərləndirir, gördüyü genişmiqyaslı işləri ictimaiyyətə çatdırmaqdan qürur duyur.
"İki sahil" gənc jurnalistlər üçün böyük məktəbdir. Məsuliyyət peşəkarlığın açarıdır. Mətbuatın əsas prinsiplərini fəaliyyətinin önündə saxlayan “İki sahilçi”lər 32 ilin işığında növbəti illərə doğru uğurla addımlayır. Qəzetin ötən 32 ildə keçdiyi zəngin və şərəfli tarix böyük təcrübə, gələcək üçün möhkəm təməldir.
P.S. Mİa.az-ın kollektivi həmkarını təbrik edir, uöurlar arzulayırlar.
MİA.AZ
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib