Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
10-07-2023 [00:02]
Qoç - Səbirsiz, qıcıqlı olmayın. Mühüm qərarlar qəbul edəndə yaxın ətrafınızdakı insanların fikr və mövqelərini qulaqardına vurmayın. Rəqiblərin sayını artırmayın. Problemləri həll etməyə çalışarkən maliyyə çətinlikləri yaratmayın. Maddi imkanlarınızdan artıq pul xərcləməyin.
Nüfuzlu insanlarla ünsiyyət üçün əlverişli zaman deyil. Onların dəstəyinə bel bağlayaraq yanlışlıqları sıralamayın. Belədə yeni plan və ya layihələri təxirə salmalı olacaqsınız. Axşam saatlarına yaxın səhhətinizdə problemlər yarana bilər.
Buğa - Yaşamınızda köklü dəyişikliklərə başlamaq üçün əlverişli zamandır. Kiçik yeniliklərə start verərək sonradan böyük işi sürətləndirmək olar. Narahat olmayın, məqsədə çatacaqsınız. Gərəksiz məsləhətlərin sizi çaşdırmaması üçün planlarınızı yaxın ətrafınızdakı insanlarla bölüşməyə tələsməyin.
Günün ikinci yarısı alış-veriş üçün münasibdir. Bədxərclik etməyin. Yalnız ehtiyac duyduğunuz əşyaları alın. Köhnə borcların qaytarılması, dəyərli hədiyyə alınması istisna deyil. Çoxdan bəri görmədiyiniz insanla görüşəcəksiniz.
Əkizlər - Yeni işgüzar tərəfdaşlar aramaq və fərqli əməkdaşlığa başlamaq olar. Çalışacağınız insanları dürüst qiymətləndirin. İndiyədək rəğbət bəsləmədiyiniz insandan söhbət getsə belə, obyektiv olun. Emosiyalara qapılmayın, aqressiv davranmayın. Ünsiyyətdə faydalı məlumat ala bilərsiniz.
Maliyyə problemlərini çözmək, gəlir əldə etmək şansları var. Ailədə uzun müddətdən bəri davam edən ixtilafı həll edin. Yaxınlarınızı narahat edən suallara cavab arayın.
Xərçəng - Yeni işə başlamaq üçün pis gün deyil. Fəqət təkbaşına çalışmayın, çətinliklərə müstəqil şəkildə sinə gərərək uğur qazanacağınızı düşünməyin. Dəstək, yardım, yaxşı məsləhətlərə ehtiyacınız var. Xərcləri azaldın. Pul sərf etmək üçün münasib gün deyil. Adi günlərdən fərqli olaraq qohumlar işlərinizə daha çox qarışırlar.
Qəfil görüş ola bilər. Münasibətləri sizə sevinc bəxş etmiş insanın həyatınıza qayıtması istisna deyil. Romantik münasibətlərdə nizam yaratmaq olar. Bir qədər təşəbbüskar olun.
Şir - Ünsiyyət, yeni təmaslar üçün pis gün deyil. Diqqət mərkəzində olacaqsınız. Sizinlə əlaqələr yaratmaq, birgə çalışmaq istəyən imsanlar var. Yeni formalaşmağa başlamış münasibətlərdən biri yaşamınızda önəmli rol oynaya bilər.
Bütün diqqəti işlərə yönəldin. Usandırıcı məşğuliyyətə belə, yaradıcı yanaşmaq olar. Düşünülməmiş addımlar atmayın. Alış-verişdə bədxərclik etməyin.
Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün konkret addımlar adın. Ən kiçik problem sizi ruhdan salmasın.
Qız - Hər şey o qədər də pis deyil. Hadisələrin inkişafı məcrasını bəyənməsəniz də, situasiyanı nəzarət almağa çalışın. Tələsməyin. Necə davranmağı intuisiyanız sizə göstərəcək. İşgüzar danışıqlar, müzakirələr üçün pis gün deyil. Amma yekun qərar verməyə tələsməyin. Konkret qərar üçün gərəkli həcmdə və sayda informasiya yoxdur.
Yaxınlarınızla münasibətlərdə sərinləşmələr ola bilər. Sizi yanlış anlayırlar. Yaxın ətrafınızdakı insanlar iradlarınızı təhqiramiz, aqressiv, acı sayırlar. Yeni tanışlıqlar məsləhət deyil. Dəyərsiz insanla münasibətlər qurmayın.
Tərəzi - Peşəkar fəaliyyət sahəsində ciddi uğurlar əldə edə bilərsiniz. Yeni imkanlar yaranır. Şansdan yararlanın, problemləri sürətlə həll etməyə çalışın.
Sizə sürəkli olaraq maneələr yaratmağa can atanlar var. Bu səbəbdən kiçik, amma xoşagəlməz səhvlərə yol verəcəksiniz.
Emosional fon münasib deyil. Hisslərinizə hakim olun, səhv qərarlar verməyin. Yaxın qohumlarla münasibətləri korlamayın. Sevdiyiniz adamı həddən ziyadə qısqanmayın.
Əqrəb - Çətin, ağır gündür. Dürüst davranış istiqamətini asanlıqla seçmək mümkün deyil. Çoxsaylı səhvlərə yol verməyin. Yaxın ətrafınızdakı insanlarla münasibətlərini gərməyin. O insanların sizdən narazı qaldığınızı anlayır, amma bu narazılığın səbəblərini daşa düşmürsünüz.
Yaşananların səbəblərini dərk etməyə can atın. Problemlərin olmadığını söyləməyin.
Yeni layihələrin reallaşdırılması, iş yerini dəyişmək üçün əlverişli zaman deyil. Maliyyə məsələlərində ehtiyatlı olun. Bədxərclik etməyin. Yaxınlarınızla kəskin mübahisələrin fəsadları pis ola bilər.
Oxatan - Məhsuldar və yaxşı gündür. Önəmli məsələnin həllinə başlaya bilərsiniz. Çoxdan bəri can atdığınız məqsədə doğru konkret addımlar atın, realist olun. Çətinliklərdən qorxmayın. Sədləri dəf etməklə baş sındırdığınız məsələnin çözümünü tapacaqsınız. Yeni biznes-ideyanın gerçəkləşdirilməsi gəlirlərinizi artıra bilər.
Ənənələri dəyişmək, yazılmamış qanunlara riayət etməmək istəyirsiniz. Təxəyyülü işə salın. İmiclə eksperimentlər aparın. Rasiona ekzotik təamlar əlavə etmək olar.
Oğlaq - İşlərdə həddən ziyadə ehtiyatlı olun. Səhv və yanlış qərar riski artır. Yaxşı tanımadığınız insanlara inanmayın. Etimadınızdan sui-istifadə etmək istəyənlər var. Həllini ertələdiyiniz, unutmaq istədiyiniz problem yenidən gündəmə gəlir. İndi bütün diqqəti həmin problemlərin həllinə yönəldin.
Yaxın ətrafınızdakı insanların bəziləri ilə dil tapmaq çətindir. Onlar hisslərini pərdələməyə lüzum görmürlər. Amma nə etməli ki, bu gün həmin insanlarla təmas məcburiyyətindəsiniz.
Ailə üzvləri ilə təmaslarda qayğıkeş, diqqətli, səmimi olun.
Dolça - Günün ilk yarısı çətin zamandır. Ətrafınızdakı insanlar sanki səbrinizi yoxlamaq üçün sözləşiblər. Yaşlı qohumlarla münasibətlərdə diqqətli olun. Adi günlərdən fərqli olaraq onlar işlərinizə daha çox qarışırlar.
Ünsiyyətdə pozitiv emosiyalar əxz etməyə can atın.
Səfər və ya səyahətə çıxmaq olar. Özünüzü qoruyun. Uzun yol sizi yora bilər. Rasiona diqqət verin. Qida zəhərlənməsi riski var.
Balıqlar - Sürprizlərə hazır olun. Yaşamınızda dəyişikliklər zərurəti yaradacaq xəbər almağınız istisna deyil. Yeni imkanlardan faydalanmağın yollarını tapın. Fikirləriniz və sözləriniz bəzilərinə paradoksal təsir bağışlasa da, dediklərinizdə yanlışlıq yoxdur. Səhvlərə yol verməyin. Önəmli məqamlar diqqətinizdən yayınmasın.
Günün ikinci yarısı romantik münasibətlər üçün münasibdir. Qətiyyətli olun. Axşam saatlarında gəzintiyə çıxın. Bu minvalla yuxusuzluğun qarşısını ala bilərsiniz.
Milli.Az
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb