İcra Hakimiyyətinin tenderləri şübhə yaradb
03-11-2025 [11:23]
Ötən gün Ağstafa rayon İcra Hakimiyyəti daha bir tenderin nəticəsini elan edib.
Mia.az Tribunainfo.az-a istiandla xəbər verir ki, bu tender rayonda yolların təmiri işlərini əhatə edəcək.
Rəsmi qaynaqlarda qeyd edilir ki, tenderin qalibi “ELTA DEVELOPMENT” QSC olub. Tərəflər arasında 311 min 520 manatlıq müqavilə imzalanıb.
Tribunainfo.az açıq mənbələr üzərindən araşdırma apararaq, son bir ildə Ağstafa İcra Hakimiyyətinin gördüyü işlərlə maraqlanıb. Məlum olub ki, son bir ildə İcra Hakimiyyəti 7 tender keçirib. Maraqlı məqam isə odur ki, həmin tendderlərdən 4-ü eyni şirkətə verilib. Söhbət “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” MMC-dən gedir.
Açıq mənbələrdə qeyd edilir ki, sözügedən MMC bu ilin yayında aztəminatlı ailələrin mənzil şəraitlərinin yaxşılaşdırılması üçün tikinti materiallarının alınmasını reallaşdırıb və bunun müqabilində 76 min 582 manat pul alıb.
Ötən ilin dekabrında da “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” aztəminatlı ailələrin mənzil şəraitlərinin yaxşılaşdırılması üçün tikinti materiallarının alınması məsələsində Ağstafa İcra Hakimiyyəti ilə anlaşıb. Bu anlaşmanın dəyəri isə 29 min 923 manat olub.
Bundan başqa, şirkət İcra Hakimiyyətinin daha iki tenderinin də qalibi olub. Onlardan biri Ağstafa rayonunda yolların əsaslı təmiri işlərinin satınalınması (401 min 818 manat), ikincisi isə 2024-cü ildə abadlıq işlərinin satınalınması (199 min manat) olub.
Qeyd edədk ki, sözügedən şirkət 2005-ci ildə yaradılıb. 10 manat nizamnamə kapitalına malik olan “Harmony İndustrial Construction and Engineering Group” MMC-nin direktoru Orucov Əlövsət Bilal oğludur. Şirkətin hüquqi ünvanı isə Ceyhun Hacıbəyli küçəsi, ev 52, mənzil 20-də yerləşir.
Araşdırma zamanı bəlli olub ki, bu ünvanda daha iki şirkət qeydiyyatdadır. Onlardan biri “Piramida-2001” MMC, digəri isə “A-Marble” MMC-dir. Əlövsət Orucov həm də “A-Marble” MMC-nin qanuni təmsilçisidir. “Piramida-2001” MMC də onun nəzarətindədir. Bu şirkətin qanuni təmsilçisi Orucova Maya Zülfüqar qızı olub. Ehtimal olunur ki, Maya Orucova Əlövsət Orucovun xanımıdır.
Xatırladaq ki, Ağstafanın icra başçısı Seymur Vaqif oğlu Orucovdur. Onun Əlövsət Orucovla hansı qohumluq əlaqəsinə malik olması barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Lakin belə bir ehtimal var ki, Maya Orucova ilə Seymur Orucov yaxın qohumdurlar. Daha doğrusu, güman edilir ki, Maya Orucova ilə Seymur Orucov arasında yaxın qohumluq əlaqəsi mövcuddur.
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb