Nazir deputatla WhatsApp-da şəxsi yazışmasını yaydı - İŞ sədri müzakirə tələbini qulaqardına vurdu, millət vəkili istefa verdi - Sensasiyalı qalmaqal (Yenilənib)
10-07-2023 [21:03]
"Bu gün Elm və Təhsil nazirliyinin yanında İctimai Şuranın iclası keçirildi. İclasdan bir gün əvvəl Elm və təhsil naziri Emin Əmrullayevlə şəxsi WhatsApp yazışmamın nazirliyə yaxın sosial şəbəkə hesablarında paylaşımları məsələsinin də müzakirəsinin gündəliyə salınmasını təklif etmişdim. Nazir tərəfindən şəxsi yazışmanın ictimailəşdirəlməsini mənəvi, etik, əxlaqi və hüquqi prinsiplərə zidd hesab edirəm. Bu, həm də Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə, Şəxsi həyatın toxunulmazlığı prinsipinə ziddir".
Mia.az xəbər verir ki, bu sözləri deputat, eyni zamanda Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraının üzvü Etibar Əliyev deyib.
Onun sözlərinə görə, iclasda dəfələrə etdiyim təkidlərə baxmayaraq, məsələ gündəliyə salınmayıb:
"İctimai Şura üzvləri mənim bu təklifimi kənara qoyub, nazirin söylədiyi “yaşı 25-dən yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür” fikrinə münasibətimi pislədilər və ifrat dərəcədə nazirin müdafiəsinə qalxdılar. Şura üzvlərinin bu hərəkəti “İctimai iştirakçılıq haqqında qanun”un fəlsəfəsinə ziddir. Mənim təkliflərimindən biri də nazirin iclasda iştirakının təmin olunması idi. Bu təklifə ümumiyyətlə, münasibət bildirilmədi. Bugünki müzakirə bir daha göstərdi ki, İctimai Şura yalnız bir adamın (Emin Əmrullayevin) təsiri altındadır və onun müdafiəsi ilə məşğul olur".
Deputat bildirib ki, Şura üzvlərinin nazir tərəfindən təlimatlandırılması isə açıq şəkildə görünüb: "Bir məsələni də qeyd edim ki, E. Əmrullayev Elm və təhsillə bağlı prinsipial məsələlərin heç birində Şura ilə məsləhətləşmə aparmayıb: "Bütün bunları əsas götürüb, Elm və təhsil nazirliyinin yanında İctimai Şurada fəaliyyətimi qeyri - mümkün hesab edirəm və Şura üzvündən istefa verirəm".
***
"Sertifikasiya imtahanları ilə bağlı Elm və Təhsil nazirliyinin keçirdiyi iclasda Emin Əmrullayevin söylədiyi “yaşı 25-dən yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür” fikrinə münasibətimdən sonra mənim nazirlə şəxsi WhatsApp yazışmamın Nazirliyə yaxın sosial şəbəkə hesablarında paylaşımlarının şahidi oldum".
Mia.az xəbər verir ki, bu sensasiyalı sözləri deputat Etbar Əliyev açıqlayb.
Deputat bildirib ki, nazirliyin yanında fəaliyyət göstərən İctimai Şuranın (İŞ) sədrinə (Bu İctimai Şuranını sədri həm də QHT Agentliyinin Müşahidə Şurasının üzvü olan Günel Səfərovadır - Mia.az) bu məsələlərin - Azərbaycanda sertifikasiylaşmanın nəticələri və nazirlə şəxsi yazışmalarımın yayılmasının müzakirəsini gündəliyə daxil edilməsini təklif edib:

DEPUTAT ETİBAR ƏLİYEV
"Ümid edirəm ki, üzvü olduğum İctimai Şuranın sabahkı (Bugünki-Mia.az) iclasında bu təkliflərimin müzakirəsi baş tutacaq. Eyni zamanda, təklif etmişdim ki, Şuranın iclası açıq keçirilsin, iclasa Elm və təhsil naziri Emin Əmrullayev və Təhsil ekspertləri də dəvət olunsunalar. Düşünürəm ki, Şuranın iclasında Azərbaycan təhsili ilə bağlı mühüm məsələlər və ictimai maraq doğuran təkilflərim də geniş müzakirəyə çıxarılacaq".
***
"Emin Əmrullayev deyir ki, yaşı 25-dən yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür. Sonra deyir ki, mən faktı deyirəm. Bu nə deməkdir? Belə fakt olar? Hansı mətni?".
Mia.az xəbər verir ki, bu sözləri deputat Etibar Əliyev deyib.
Onun sözlərinə görə, ölkənin Elm və təhsil naziri milləti təhqir edir: "Sən hardan bilirsən ki, 25 yaşdan yuxarı yaşı olanların 60 faizi Füzulinin, Nizaminin, Əhməd bəy Ağaoğlunun, Axundovun, Heminqueyin, Çexovun və s. yazıçı və mütəfəkkirlərin əsərlərindəki əsas fikri başa düşmür? Zirəddin (falçı-Mia.az) heç belə danışmır. Nazir bu fikrinə görə, Azərbaycan xalqından üzr istəməlidir. Bu adam nə PİRLS-i, nə PİSA-nı, nə Akkreditasiyanı, nə Bibliometrik göstəricələri, nə məzmunu, nə də QS reytinqini izah edə bilmir, lakin Azərbaycan xalqını hər addımda savadsızlıqda ittiham edir. Bu dərsi haradan almısınız?".

GÜNEL SƏFƏROVA
P.S. Xatırladaq ki, bir neçə gün əvvəl iqtisadçı Samir Əliyevin sosial şəbəkədə nazirlə bağlı tənqidi statusuna Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın (İŞ) sədri Günel Səfərova operativ reaksiya verərək, nazirin müdafiəsinə qalxmışdı.
O səbəbdən indi sual yaranır: şura sədri bu dəfə necə seçim edəcək? O, deputatla yazışmasını etik prinsiplərə zidd olaraq yayan naziri yenə müdafiə edəcək, yoxsa...?
Samir Musayev
MİA.AZ
İcra başçısı Günəş Şirvanskaya ilə bayram mərasimi üçün anlaşdı - 62 min manatlıq tədbir keçiriləcək
Türkiyə futbolunda qumar: daha 29 nəfər qandallandı - Aralarında məşhur "Qalarasaray"lı da var
Lənkəranda dələduzluq edən şəxs tutulub
Bu rayonlara qar yağır
"Gmail"də dəyişiklik - Artıq E-poçt ünvanları dəyişdirilə biləcək
"McDonald’s"ın reklamı yalan çıxdı
İki il əvvəl dağıntılar altında qalan 25 nəfərin cəsədi çıxarıldı - Biri jurnalistin meyitidir
"Fənərbağça"nın qolkiperi Polşaya gedir
Mərc oyunları ilə bağlı istintaq: 30 hakim "qara siyahı"ya alındı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənilər Bakıda hakim qarşısında
Zaxarova: "Biz ABŞ-ın Karib dənizindəki hərəkətlərini izləyirik"
Rusiya XİN: "Ukrayna böhranının həlli ilə bağlı ABŞ-la danışıqlarda irəliləyiş var"
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
Səfirin diplomu ilə bağlı qalmaqal - Diplomat saxlanıldı və...
BU MƏHKƏMƏLƏRƏ SƏDR VƏ HAKİMLƏR TƏYİN EDİLDİ - Sərəncam + SİYAHI
Azərbaycan vətəndaşı Qazaxıstanda həbs edilib
Prezident "Daxili qoşunlar haqqında" qanunu təsdiqləyib - Detallar
Həbs olunan aparıcının bacısı danışdı: "Arxasındayıq, ona güvənirik"
Jurnalist Barış Terkoğlu saxlanılıb
Rəsmi Moskva: "ABŞ-dan göndərilən sülh planını təhlil edirik"
Karen Avanesyana hökm oxunub
Ağdam şəhərinə 308 nəfər köçürülüb (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gələn il kommunal xidmətlər qalxacaq? - Açıqlama
Dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Səidə Bəkirqızı "Space TV" ilə yollarını ayırıb
"Xətaidə ağaclar gecə saatlarında yandırılaraq yox edilir" - Deputat sakinlərin problemlərini dinlədi və....
"Fənərbağça" prezidenti sərbəst buraxıldı - 2 saatlıq ifadə və 20 dəqiqəlik məhkəmə qərarı ilə
"Fənərbağça", "Beşiktaş" və "Antalyaspor" cəzalandırılacaq
"Yeni Malatyaspor" mövsüm bitmədən liqadan "yuvarlandı"
Oqtay Əsədovun qızı vəfat edib
Silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
PREZİDENT DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ - 5 illik
Bakıda beşmərtəbəli yataqxanada yanğın olub (Yenilənib)
Bibiheybət yolunda maşınların hərəkəti məhdudlaşdırılacaq - Açıqlama
"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)
Mərkəzi Bank: "Poblemli kreditlər artıb"