Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
07-07-2023 [00:07]
Qoç - kiçik problemlərin və xoşagəlməz situasiyaların sayı ifrat dərəcəyə çatır. Sürəkli olaraq başqalarının səhvlərinin fəsadlarını aradan qaldırmaq zərurəti sizi sinirləndirəcək. Çünki bəzi yaramazlara görə mühüm işlərlə məşğul ola bilmirsiniz. Maliyyə itkiləri, uğursuz anlaşma istisna deyil. Sükan arxasında maksimal dərəcədə ehtiyatlı və diqqətli olun.
Sizə birbaşa dəxli olmayan məsələlərin müzakirəsində iştirak etməməyə çalışın. Aktiv müdaxilənizə ehtiyac duyulduğunu düşündüyünüz məqamda başqasının problemlərinin həllinə çalışmayın. Axşam saatlarını evdə keçirin.
Buğa - təmkinli, soyuqqanlı, səbrli olun. Çətinliklərin dəf olunması üçün praktiki davranın. Başqalarının səhvlərini təkrarlamayın, düşünülməmiş addımlar atmayın. Sizi aldatmaq, yanıltmaq, yalanına hədəf etmək istəyən insanlar var. İşdə rəhbərliklə mübahisə yarana bilər. Mühüm saydığınız məsələlərdə geri çəkilməyin, qarşınıza qoyduğunuz məqsədə çatın. Müsbət emosiyalara ehtiyacınız var. Relaks durumunu gözləyirsiniz. Axşam saatları köhnə dostlardan biri ilə xoş istirahət üçündür.
Əkizlər - yaranan situasiyadan və formalaşan şəraitdən asılı olmayaraq ehtiyatlı davranın. Belə olarsa, ciddi problemlərlə qarşılaşmayacaqsınız. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə problemlər yarana bilər. Yaşıdlarla ünsiyyətdə sərt olmayın. Sizə elə gəlir ki, yanınızdakı insanlar sizinlə aqerssiv davranır, hisslərinizə toxunurlar.
Günün ikinci yarısında işgüzar aktivliyiniz azalacaq. Bir qədər nəfəs dərin. Əhəmiyyətli maliyyə məsələlərini müzakirə etməyə dəyməz.
Zərgərlik əşyaları almayın.
Xərçəng - məqsədə çatmaq üçün çox səy sərf etməli olacaqsınız. Halbuki çox önəmli saydığınız bu məqsədi başqa hədəflə də əvəzləmək olardı. Uzaq durmağınız gərəkən insanları sizə uzun müddətdən bəri göstərən intuisiya bu gün susur. Fırıldaq və məkrli planın qurbanı olmayın. Şübhəli insana aldanmayın. Əks təqdirdə maliyyə itkilərinə məruz qalacaq, işdə problemlərlə üzləşəcəksiniz.
Köç və ya iş yeri dəyişmək üçün əlverişli zaman deyil. Şəxsi münasibətlərdə təşəbbüs nə qədər az olarsa, bir o qədər yaxşıdır. Görüş planlaşdırıbsınızsa, ciddi şəkildə hazırlaşın. Nəyə qabir olduğunuzu əla bilən insanlar belə, bu gün sizi zahiri görünüşə, anturaja görə qarşılayırlar.
Şir - işgüzar məsələləri qeyri-formal şəraitdə müzakirə etmək olar. Hədəf və məqsədləri konkretləşdirin. Mühüm, müstəqil və önəmli işlə bağlı müstəqil qərar verin. Kimsədən asılı olmağa can atmayın. İşdə rəhbərliklə fikir ayrılıqları, mübahisələr yarana bilər. Nüfuzlu insanlarla münasibətləri korlamayın.
Yaxınlarınızın yardıma ehtiyacı olarsa, köməyinizi əsirgəməyin. Yaşam potensialının səviyyəsi yüksək olmayacaq. Ağır fiziki işi azaldın.
Planlarda dəyişikliklər etmək olar.
Qız - qarşınıza qoyduğunuz məqsədlərə doğru qətiyyətlə irəliləyin. Məntiqlə, təmkinlə davranın. Yaxın ətrafınızdakı insanların çoxsaylı məsləhətlərinə uyğun hərəkət etsəniz, çaş-baş qalacaqsınız.
Çətin situasiya yarananda müstəqil hərəkət etməyə başlasanız, dostlar və tanışlar yardım edəcəklər.
Yeni tanışlıqlar, romantik münasibətlər üçün münasib zaman deyil. Yaxınlarınızla bağlı nigaranlıq və şübhələr yarana bilər. Münasibətlər gərginləşəcək, qarşılıqlı iradlar tükənmək bilməyəcək.
Tərəzi - adi günlərlə müqayisədə daha inadkar olmayın. Aqressiv davranmayın, hisslərinizə hakim olun. Çoxsaylı münaqişə, problemlər və mübahisələrdə təmkinli davranın. İşdə kiçik bir məsələyə görə rəhbərliklə mübahisənin ciddi fəsadları ola bilər. Şəxsi münasibətlərdə yeniliklər üçün münasib gün deyil.
Saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. Özünüzü rahat, əmin hiss edin. Çoxdan bəri sizi narahat edən problemi həll etmək üçün yaranmış şansı əldən verməyin. Bizneslə bağlı yaxşı ideyalar yarana bilər.
Əqrəb - böyük anlaşmalar, habelə daşınmaz əmlakla bağlı sövdələşmələr üçün əlverişli gündür. Uzaqdakı tərəfdaşlardan biri ilə müzakirələr pis keçməyəcək. Səfər və ya səyahətə zərurət yaranarsa, diqqətlə hazırlaşın. Maliyyə fonu uğurludur. Pullarınızın qədrini bilin, bədxərclik etməyin.
Problemlərin həlli ilə aktiv, enerjili şəkildə məşğul olun. Yaxın ətrafınızdakı insanların mövqelərini nəzərə alın. Onlar sizi çox inadkar, yalnız öz maraqlarını düşünən insan sayırlar.
Oxatan - çətin, laübəli, qarışıq gündür. İşlər çoxdur və onlar diqqət tələb edir. Bütün işləri eyni vaxtda görmək mümkün deyil. Müxtəlif söhbətlərdə, çeşidli müzakirələrdə diqqətli olun. Fəaliyyətinizdə kobud səhvlərə yol verməyin. İşdə həmkarlardan biri ilə ciddi fikir ayrılıqları ola bilər.
Yaşamınızda nəyisə köklü şəkildə dəyişməyə dəyməz. Can atdığınız məqsədə bu gün çatmayacaqsınız. Bir sıra mühüm amilləri qulaqardına vurmayın. Görəcəyiniz işdə detallar önəmli rol oynayır.
Oğlaq - kiçik məsələlərə, xırda olaylara görə əhvalınızı korlamayın. Mənfi emosiyalarınıza hakim olun. Ciddi mübahisə, qarşıdurma, hətta münaqişə riski az deyil Dostlar, həmkarlar və yaxın ətrafınızdakı insanlara onlar barədə düşündüklərinizi deməyin. İşdə diqqətli, səbrli olun. Karyeranızı korlamayın.
Saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. Axşam saatlarında durum çox yaxşı olacaq. Dəyər verdiyiniz insanlarla münasibətləri tam normal vəziyyətə gətirin. Romantik görüşə yollanmaq və ya hisslərinizi etiraf etmək olar.
Dolça - diqqət mərkəzində olacaqsınız. Yaxın ətrafınızdakı insanların sizdən danışmaları üçün səy göstərməsəniz də, belədir. Paxıllığınızı çəkən var. Narahat olmayın, həmin insan sizə zərər vurmağa çalışmayacaq. İşgüzar tərəfdaşlarla danışıqlar və müzakirələr üçün əlverişli zamandır. Nüfuzlu, hadisələrə təsir imkanlarına malik insanın yardımlarından faydalana bilərsiniz.
Anlaşma, sövdələşmə, alış-veriş üçün uğurlu gündür. Maliyyə məsələlərini həll etmək olar. Bir dəfə sizi aldadan və ya yarı yolda qoyan insanlardan uzaq olun.
Balıqlar - peşəkar fəaliyyət müstəvisindəki məsələləri təxirə salmadan həll etməyə çalışın. Planlaşdırılan məsələlərlə yanaşı, spontan yaranan problemləri çözmək gərəkdir. İşgüzar danışıqlar aparmaq üçün əlverişli zamandır. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirin.
Yeni tanışlıqlar istisna deyil. Bu gün başlayacaq istənilən münasibətlərdə lider olmağa can atın. Kimsənin sizə mane olmasına imkan verməyin. Bilik və bacarıqlarınızı artırın, Təcrübənizi daha səbatlı edin. Aldığınız məlumatlar karınıza gələcək.
Milli.Az
İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
"Bu, hansı mesajı verir?" - Pezeşkian beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib
ABŞ Ədliyyə naziri vəzifədən çıxarıldı
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı
İRAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub