"Ermənistan ordusundakı Rusiyaya sadiq qüvvələr prosesi sabotaj etməyə çalışır" - "Rusiya bu yolla danışıqlara kölgə salmağa çalışır"
29-06-2023 [11:03]
Məlum olduğu kimi, iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Nəticədə hərbi qulluqçumuz Əli Şükür oğlu Bəkirov yaralanıb.
Mia.az xəbər verir ki, Ordumuzun keçirdiyi “Qisas” kod adlı əməliyyat nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin 5 üzvü məhv edilib.
Vəziyyəti Mia.az-a şərh edən politoloq Turan Rzayevin sözlərinə görə, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə “fəaliyyət” göstərən separatçıların indiki məqamda təxribata yol verməsi təsadüfi deyil:
"Aydın məsələdir ki, qanunsuz hərbi birləşmələri təxribata rusiyalı sülhməramlıları təşviq edib. Məsələ ondadır ki, bu qüvvələr sülhməramlıların tam nəzarətində fəaliyyət göstərirlər. Onların bütün silah-sursat tədarükü də məhz sülhməramlılar tərəfindən təşkil edilir.
Rusiya Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının getməsindən və müsbət nəticələrin əldə edilməsindən narahatdır. Təsadüfi deyil ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bir neçə gün əvvəl sülh sazişinin ilin sonundan daha tez imzalanmasının mümkünlüyünü bildirib. Oxşar optimist açıqlama Ermənistan parlamentinin sədri Alen Simonyandan da gəlib. Buna görə də Kreml tərəflər arasında sülhün əldə edilməməsi üçün separatçılar və ya Ermənistan ordusunda Rusiyaya sadiq qüvvələr vasitəsilə təxribatlar təşkil edərək prosesi sabotaj etməyə çalışır".
Politoloq deyir ki, separatçıların Vaşinqtonda ABŞ Dövlət katibi Entoni Blinkenin vasitəsçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüşün başladığı bir zamanda hərbçilərimizin atəş açması diqqət çəkir: "Görüşün başladığı gün separatçıların Azərbaycan hərbçilərinə atəş açması təsadüfi deyil. Rusiya bu yolla sülh müqaviləsi istiqamətində ABŞ-ın dəstəyi ilə aparılan danışıqlara kölgə salmağa və neqativ abu-hava yaratmağa çalışır.
Məsələ ondadır ki, Kremlin hazırda başı Ukrayna müharibəsinə və daxili məsələlərə qarışıb. Belə olan təqdirdə Vaşinqtonda, ya da Brüsseldə baş verəcək görüşlərdə tərəflər sülh sazişini imzalamağa yaxınlaşacaq. Bu, Rusiya üçün məqbul deyil. Son təxribatlar fonunda demək olar ki, Vaşinqton görüşündə ciddi nəsə əldə edilməyəcək".
T.Rzayevin fikrincə, mümkündür ki, Qarabağdakı qanunsuz hərbi birləşmələr yeni təxribatlara hazırlıqlar görür: "Belə olarsa, sərt və adekvat cavab olacaq, qanunsuz birləşmələrin hərbi infrastrukturu məhv ediləcək. Rəsmi Bakının təxribatlara cavab olaraq daha genişmiqyaslı əməliyyatlar keçirib Xocalını nəzarətə götürməsi də irəli sürülən versiyalardandır".
Samir
MİA.AZ
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır