"Tiktoker"lərə qarşı əməliyyatdan şok detal: "Sən mənim övladımın qatilisən" - Qadın blogerə dərman içirib, daha sonra isə...
23-06-2023 [09:53]
İstanbulda Tiktok şəbəkəsində oğurluq bank kartları ilə "otkat sistemi" quran və bir ucu da Azərbaycana qədər sıçrayan qruplaşmanın əməlləri üzə çıxır.
Mia.az Türkiyənin Haberler.com saytına istinadla xəbər verir ki, İstanbulda 1,2 milyard lirəlik qanunsuz əməliyyatlarda adları hallanan "Tiktoker"lərin qanunsuz qazanc üçün digər cinayətlərə də əl atdıqları məlum olub.
Məlumata görə, İstanbul Polis İdarəsi Kiber Cinayətlərlə Mübarizə Şöbəsi hazırda şübhəli Tiktok hesabları üzərində əməliyyat tədbirlərini davam etdirir. Buna paralel olaraq, cinayətkar şəbəkə ilə əlaqəsi olan hər kəsin ifadəsi alınır: "Əməliyyatlarla bəlli olub ki, bu şəbəkə təkcə oğurluq bank bank kartları və yaxud gizli yolla kiminsə bank kartları hesablarına girərək, hesablarındakı pulları silib-süpürməyiblər. Bu şəbəkə, eyni zamanda, gizli yolla anlaşdıqları blogerləri, "tiktokerlər"i "buxovlayıblar". Belə ki, oğurluq kartlarla hesablarına "şir" atılan anlaşdıqları blogerləri daha sonra o pulun azı 30-50 faizini geri qaytarmağa məcbur ediliblər. Bununla kifayətlənməyən şəbəkə üzvləri 4 mindən çox bank hesabı üzərindən də olduqca çoxlu qanunusuz əməliyyatlar icra ediblər. Bu və ya digər səbəblərə görə, ümumilikdə 120 nəfər həbs olunsa da, bu sayın artacağı istisna deyil. Çünki şəbəkə üzvlərindən bəzilərinin adları başqa cinayətlər də hallanmağa başlayıb. Belə ki, "Ateşoğlu" istifadəçi adından istifadə edən Mustafa Daşdəmirin lideri olduğu qanunsuz sistemdə yer alan "By Hünkar" adlı istifadəçi Ahmet D. haqqında daha bir məlumat ortaya çıxıb".
Əldə edilən məlumata görə, "Hünkar" tərəfindən bloger, eyni zamanda, "TikToker" Çağla Çağlayanın başına sensasiyalı "iş açılıb".
Məlum olub ki, Çağla bloger həmkarı Arslandan hamilə qalıb: "Bu "Hünkar" isə pul qarşılığında bu məsələni həll edəcəyinə söz verib. O, Çağlanı qapalı yerə çağıraraq, orada başına silah dirəyib, ona dərman içirdərək uşağı salmağa məcbur edib. "By Hünkar"ın bu "xidmət"in qarşılığında Tiktok fenomeni olan "Tubakko" adlı vasitəçi qadından 13 milyon lirə alıb".
Məlumata görə, bu faktı Çağla Çağlayan polisə ifadəsində təsdiqləyib və ""Hünkar", sən mənim əli-qolu balamın qatilisən. Dilimin altına həb qoyaraq körpəmi öldürdün", - deyə bildirib.
Xatırladaq ki, Türkiyədə həyata keçirilən bu əməliyyatda bir neçə azərbaycanlı tiktoker-in də həbsi xəbəri yayılıb.
Azərbaycan mediasında yayılan məlumatlara görə, saxlanılanlardan biri də "TikTok"da "By MG" niki ilə tanınan Mehman Qədimbəylidir.
Qeyd edək ki, M.Qədimbəyli Sədərək Ticarət Mərkəzinin sahiblərindən biri kimi tanınan Yusif Qədimbəylinin oğludur.
M.Qədimbəyli vaxtilə Prezidentin sabiq köməkçisi Əli Həsənovun köməkçisi olub.
Samir Musayev
MİA.AZ
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib