Emin Əmrullayev gedir - Təhsil naziri kim olacaq?
21-06-2023 [09:12]
Son günlər mətbuatda hökumətdə təmsil olunan 3 yüksək rütbəli məmurun postu ilə vidalaşacağı ilə bağlı çoxsaylı məlumatlar dərc edilməkdədir.
Məlumata görə, postunu itirməsi ən real hökumət üzvlərindən biri də Elm və Təhsil naziri Emin Əmrullayevdir. Məlumatlara görə, Əmrullayev qısa müddətlik fəaliyyəti dövründə ictimai rəydə ən çox tənqid olunan nazir kimi hakimiyyətin yuxarı dairələrinin “qara siyahı”sına düşüb.
Editor.az-a daxil olan son məlumatlar da Emin Əmrullayevin postu ilə vidalaşacağı tarixin çox da uzaq olmadığını göstərir. Elm və Təhsil naziri öz fəaliyyəti ilə bundan əvvəl yalnız sadə vətəndaşların, jurnalistlərin, təhsil ekspertlərinin hədəfində idisə, indi artıq Emin Əmrullayevi hakim Yeni Azərbaycan Partiyasından olan deputatlar, ziyalılar, iqtidara yaxınlığı ilə seçilən ictimai-siyasi fəallar da kəskin tənqid edir. Nazirə qarşı tənqidlər artıq media və sosial şəbəkələrin sərhədlərini aşaraq, Milli Məclis tribunalarına qədər gedib çıxıb.
İddialara əsasən, Elm və Təhsil nazirliyinin fəaliyyəti və şəxsən nazir Emin Əmrullayevin cəmiyyətdəki mənfi imici hakimiyyətin ən üst dairələrində ciddi şəkildə təhlil edilib və onunla vidalaşmaq barədə qərar qəbul olunub.
Emin Əmrullayev üçün vida vaxtı yetişir
Emin Əmrullayevi əvəz edəcəyi ehtimal olunan şəxs də artıq bəllidir. Bu keçmiş deputat, hazırda İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsində çalışan Şahin Seyidzadədir.
Ekspertlər Şahid Seyidzadəni təhsil sektoruna yad kadr kimi qiymətləndirmir. Əksinə onun Emin Əmrullayevdən daha çox təhsil təcrübəsinin olduğu qeyd olunur.
Şahin Seyidzadənin Təhsil Nazirliyinin azsaylı uğurlu layihələrindən sayılan “SABAH qrupları”nın İcra Komitəsinə uzun müddət rəhbərlik etməsi onun nazir olmaq şanslarını daha da artırır.
Məlumatlı mənbənin iddialarına görə, Şahin Seyidzadənin namizədliyi iqtidarın ən müxtəlif mərtəbələrində dəstəklənir və onun yaxın aylarda nazir təyin ediləcəyi son dərəcə realdır.
MİA.AZ
İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
"Bu, hansı mesajı verir?" - Pezeşkian beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib
ABŞ Ədliyyə naziri vəzifədən çıxarıldı
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı
İRAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub