20-05-2014 [18:43]
Mia.az-a Azərbaycandakı insan alverçilərinin əlindən QİÇS-ə yoluxduqdan sonra qaça bildiyini iddia edən Gürcüstan Respublikası vətəndaşı Tamara Canturdze adlı xanımın ölkəmizin hüquq-mühafizə orqanlarına ünvanlandığı şikayət məktubunun surəti daxil olub.
2009-cu ildə Azərbayacana işləmək və ailəsinə kömək etmək məqsədiylə gəldiyini deyən gürcü qadın bildirir ki, Bakıda ictimai iaşə obyektlərində əmək fəaliyyətinə başlayıb: «Həmin vaxtı kafeyə tez-tez gələn Sahil adlı bir taksi sürücüsü mənə təklif etdi ki, səni daha gəlirli restorana işə düzəldə bilərəm. Nə gizlədim, daha çox pul qazanmaq məqsədiylə Sahilin Sumqayıtda təklif etdiyi ofsiant işiylə razılaşdım. Və hər şey də bundan sonra başladı».
Mia.az-a daxil olan məktubda gürcü qadın bildirir ki, Sumqayıt adı ilə Sahil onu Bakıdan Saray qəsəbəsinə doğru gedərkən DYP postuna az qalmış yolun sağ kənarındakı restoran tipli obyektə gətirib: «Burada bizi pəhlivan kimi tanınan idmançı qardaşlar - Qabil və Habil qarşıladılar. İlk saatlarda mənə çox yaxşı davranan və hər bir ehtiyacımın təmin ediləcəyi sözü verən Qabil və Habil qardaşları rəsmiyyət aparmaq üçün sənədimi aldılar. Və bundan sonra mənim başıma olmazın oyunlarını açdılar. Pasportumu girov saxlayan bu Qabil zorla mənə sahib oldu. Daha sonra isə məni fahişə kimi xidmət göstərməyə zorladılar. Günüm döyülmək, təhqir olunmaq və zorlanmaqla keçirdi. Təəssüf ki, ora polis əməkdaşları da gəlib, acı günümüzü görsələr də, bu qardaşlara söz deyən yox idi».
Şikayətçi məktubunda həmin restoranının «Pəhlivanların restoranı» kimi tanındığını iddia edərək, bildirir ki, sonradan o, hemin restoranda xəstəliyə tutulub: «Xəstələndikdən sonra adıçəkilən Qabil məndən əl çəkdi. Sənədimi müalicə adıyla ondan yalvar-yaxar alaraq ölkəmə qaçdım. Burada müayinə olunduqda isə QİÇS-ə tutulduğum aşkarlandı. Artıq müalicəyə başlamışam. Çox istərdim ki, Azərbaycanın hüquq-mühafizə orqanları açıq şəkildə insan alveri ilə məşğul olan bu qardaşların, xüsusuylə Qabilin fəaliyyətini nəzarətə götürüb, orada istismar olunan əcnəbi və yerli qadınların mənim taleyimi yaşamalarına imkan verməsinlər».
Qeyd edək ki, gürcü qadın həmin restoranda yaşadığı çox dəhşətli olaylardan da söz açıb. Lakin həmin hadisələri ictimailəşdirmək etik olmadığından yazmadıq.
Biz DYP-nin Saray postuna yaxın ərazidə belə bir restoranın mövcud olub-olmadığıı dəqiqləşdirmək məsqəsdiylə internet axtarışı verdik. Və «xoruzun quyruğu» çıxdı. Bəlli oldu ki, «Pəhlivanlar» adı kimi təqdim edilən belə bir obyekt var və rəsmi «Anar» adı ilə fəaliyyət göstərir. Həmin restoran haqda Dia.az-ın Tia.az-a istinadən yaydığı xəbəri diqqətinizə çatdırırıq:
*****
Bir müddət əvvəl xəbər vermişdik ki, Bakı-Sumqayıt yolu üzərində yerləşən kafelərdən birində əxlaqsızlıq yuvası aşkarlanıb. Bu barədə TİA.AZ-a jurnalist Fuad Əliyev məlumat vermişdi. O bildirmişdi ki, «Anar» adlanan bu kafedə qadınların intim xidmət göstərməsini təsadüf nəticəsində bilib və məsələni araşdırmaq üçün yerli polisə məlumat verib.
Dünən Fuad Əliyev bununla bağlı yeni məlumatlarını TİA.AZ-a göndərib. O
bildirib ki, «Anar» kafesini Pəhləvanlar adlı şəxslər işlədir. «Onlar
idmançıdırlar və bu imkanlarından istifadə edərək, bildiklərini edirlər. Kafenin
rəhbəri də Qabil adlı şəxsdir. O da pəhləvanlardan biridir.
Fuad Əliyev daha sonra bildirir ki, məsələni araşdırmaq üçün Abşeron Rayon
Polis Şöbəsi ilə əlaqə saxlayıb. Oradan Əməliyyat Şöbəsindən ona bildiriblər
ki, «Anar» kafesinin əxlaqsızlıq yuvası olması barədə məlumatları olsa da, onun
daha bir neçə gün işləməsinə polis rəisi Namiq müəllim icazə verib. «Mənə
dedilər ki, həmin kafe bağlanacaq. Amma onun bir neçə gün işləməsinə Namiq
müəllim icazə verib. Doğrusu, mən bu deyilənlərə inanmıram. Çünki bir polis
rəisinin belə bir iş tutacağı mümkün deyil. Amma Əməliyyat Şöbəsindən verilən
məlumat bu cür idi».
O daha sonra ilginc bir məlumat da açıqlayıb. Fuad Əliyev bildirib ki, əldə
etdiyi məlumatlara görə, «Anar» kafesində bir neçə il bundan əvvəl ölümlə
nəticələnən hadisə baş veribmiş. «Həmin hadisədən sonra kafe bağlanıb və onun
tikilisi isə dağıdılıb. Bundan başqa, baş verən hadisədə kafeni işlədən Qabilin
qardaşı da təqsirli bilinərək həbs olunub. Lakin qatı cinayət törətmiş birinin
həbsdə qalması uzun çəkməyib və bizə məlum olmayan yollarla azadlığa
buraxılıb».
Jurnalist sonda onu da qeyd edib ki, Bakı-Sumqayıt yolu üzərində yerləşən,
insanların əxlaqını korlayan və insanlara qarşı həqarətli davranan «Anar»
kafesinin bağlanması ilə bağlı lazım olan instansiyalara müraciət ünvanlayıb. Hələlik
onun müraciətlərinə cavab verilməyib. Amma o, yaxın günlərdə cavab alacağını və
«Anar» kafesinin bağlanılacağına ümid edir.
***
Son olaraq isə yazıda adıçəkilən hər bir tərəfin mövqeyini də yaymağa hazır olduğumuzu diqqətə çatdırırıq.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi