Dembele "Lion"dan ayrıldı

img

08-06-2023 [00:51]


"Lion" Moussa Dembele ilə yollarını ayırdığını rəsmən açıqlayıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Musa Dembele 5 il əvvəl "Seltik"dən 22 milyon avroya "Lion"a transfer olunmuşdu.

Məlumata görə, hazırda "Fənərbaxça" və "Qalatasaray"ın da transfer siyahısında olan Fransa millisinin 26 yaşlı hücumçusuna Ərəb və İngiltərə komandalarından da ciddi təkliflər var.

Xatırladaq ki, Fransa yığması ilə ümumilikdə 172 matça çıxan Dembele 70 qol vurub, 19 məhsuldar ötürmə edib. 

Hazırda onun bazar dəyəri 15 milyon avrodur.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA