Əli Əsədov ICAO Şurasının prezidenti ilə görüşüb

img

07-06-2023 [12:38]


Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 7-də Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurasının prezidenti Salvatore Şikitano ilə görüşüb.

Mia.az Nazirlər Kabinetinə istinadla xəbər verir ki, görüşdə Azərbaycanda mülki aviasiyanın inkişafı və aviasiya təhlükəsizliyi sahəsində görülmüş işlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Ölkəmizdə aviasiya təhlükəsizliyi standartlarının ICAO standartlarına uyğunlaşdırılması təşkilat tərəfindən yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb.

İşğaldan azad edilmiş ərazilərdə istismara verilmiş hava limanlarının ICAO-nun beynəlxalq məkan indeksləri kataloquna daxil edildiyini bildirən Baş nazir, bu bölgələrdə beynəlxalq aeroportların inşasının turizmin inkişafı baxımından vacibliyini vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA