AzTV əməkdaşı mətbuat katibi təyin edildi

img

05-06-2023 [16:00]


"Əziz dostlar, dəyərli həmkarlar! Fəaliyyətimi Bakı Beynəlxalq Avtovağzal Kompleksinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri kimi davam etdirəcəm".

Mia.az xəbər verir ki, bu sözləri sosial şəbəkədəki hesabında AzTV-nin sabiq əməkdaşı Sabir Bilalov yazıb.

O bildirib ki, kompleksin fəaliyyəti ilə bağlı sualları 7/24 cavablandırmağa hazırdır.

Xatırladaq ki, kompleks Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyindədir.

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR